Məhkəmə qərarları › İş №3(027)-205/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-205/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-205/2023 24.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlu, X2 Azərbaycan Respublikası Ekologiya Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 aprel 2022-ci il tarixli, MN1287897 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, müəyyənetdim: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən barəsində çıxarılmış MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X9 barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır ki, güya o, xx.xx.2022-ci il tarixdə Quba RMTM Vəlvələ meşəbəyliyinin 1 saylı dolayı ərazisində 12 ədəd ağacı qanunsuz olaraq kəsmişdir. Halbuki o, belə bir məsələdən məlumatsızdır və həmin xətaları törətməmişdir. Vəzifəli şəxs heç bir araşdırma aparmadan əsassız olaraq belə bir qərar qəbul etmişdir. Qərardan xx.xx.2022-ci il tarixdə məlumatlı olmuşdur. Ondan əvvəl ona rəsmi qaydada məlumat verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 elementobyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Şikayəti və ona əlavə olunmuş materiallarını araşdırın hesab edirəm ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibaiti xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 tərəfindən tərtib edilmiş 18 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibnati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Quba RMTM Vəlvələ meşəbəyliyinin 1 saylı dolayı ərazisindən köküstə yaş palıd və vələs cinsinə mənsub 12 ədəd ağacı qanunsuz kəsərək Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 1000 manat məbləğinə cərimə edilmişdir. İş materiallarında olan X10 Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 mart 2022-ci il tarixli, 002170 nömrəli aktdan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə 1 saylı dolayın ərazisində vələs cinsindən 2 ədəd 20 sm və palıd cinsindən 3 ədəd 24 sm yaş köküstə ağacları qanunsuz olaraq kəsmişdir. X4 izahat verməkdən və barəsində tərtib olunmuş akta imza etmkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş xəbərnamədən görünür ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 qanunsuz olaraq ağac kəsməyi faktı ilə əlaqədar barəsində tərtib olunmuş inzibati materiala baxılmasının xx.xx.2022-ci il tarixə, saat 12:00-a təyin olunması barədə məlumat göndərilmiş və sonuncu xx.xx.2022-ci il tarixdə həmin məktubu şəxsən qəbul etmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubdan və xəbərnamədən görünür ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar göndərilmiş və həmin qərar xx.xx.2022-ci il tarixdə sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İşdən görünür ki, X5 barəsində olan qərarı xx.xx.2022-ci il tarixdə almasına baxmayaraq, həmin qərardan Quba Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə şikayət vermişdir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsi həll edilməlidir. Həmin hallar araşdırılmadan hazırkı inzibati xəta haqqında iş üzrə qanunamüvafiq qərar qəbul edilməsi mümkün deyil. Hesab edirəm ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı AR İXM-in 130-cu maddəsinin tələblərinə əməl edilməsi məsələsi bir daha araşdırılmalı, bundan sonra müvafiq qərar qəbul edilməlidir. Qyed olunanlara əsasən hesab edirəm ki, X2 Azərbaycan Respublikası Ekologiya Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 aprel 2022-ci il tarixli, MN1287897 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132 -ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X2 Azərbaycan Respublikası Ekologiya Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 aprel 2022-ci il tarixli, MN1287897 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar