Məhkəmə qərarları › İş №3(027)-2075/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2075/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2075/2023 08.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və onun vəkili Ramiz Adayevin iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Quba rayonu, Hacıqayıb kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, Hacıqayıb kəndində qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 510-cu maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiallara əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə gecə saat 10:00 radələrində Hacıqayıb kəndində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs nalayiq ifadələrlətəhqir etimişdir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Hacıqayıb kəndində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifətindən yumuruq vuraraq ona fiziki ağrı yetirmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 tərəfindən Şəxs barəsində 08 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə inzibati xəta haqqında MN ******* və MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onun evinə gələn işıq xəttinə qanunsuz müdaxilə edərək istifadə etdiyi üçün 1 il bundan əvvəl 1020 manat işıq idarəsi tərəfindən cərimə olunub. Daha sonra o, hər ay öz işıq pulunu ödəyib. xx.xx.2023-cü il tarixə onun 21 manat əlavə işığa borcu olub. Həmin tarixdə yaşadığı evdə ailəsi ona məlumat verib ki, işıq xətti kəsilib. O, tez çölə çıxıb və Zərərçəkmiş şəxs görüb. Onun yanında işıq idarəsinin işçiləri də olub. O, onlara yaxınlaşıb və qəbzi onlara göstərib, niyə görə işıq xəttini kəsdiklərini soruşub və etirazını bildirib. O, əsəbləşmiş və Əziziov Bəhruzu təhqir etmişdir. Yerdən daşı götürərək Bəhruzu vurmaq istəmiş lakin vurmamışdır. Sonradan elektrik naqilinin yerində olmadığını görmüş və buna görə də onlara yaxınlaşıb və naqili onlardan götürüb. O, bildirmişdir ki, Bəhruzu vurmayıb və təhqir etməyib. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 02 avqust 2023-cü il tarixdə təxminən saat 10;45 radələrində Quba rayonu Hacıqayıb kəndində abonent Şəxs kənar xətt istifadə etdiyi üçün akt tərtib olunmuş və ödəniş edilməsi üçün işıq verilişi məhdudlaşdırılmışdır. Həmin vaxt abonent onlara qarşı nalayiq söyüşlər söyərək, şərəf və ləqayətlərini alçaltmış və onlara daş-kəsək ataraq hədə-qorxu gəlmiş və onun sifətinin sağ tərəfində yumruq zərbəsi ilə vurmuşdur. Sonradan bildirmişdir ki, «bir də bu kəndə gəlsəniz sizi bıçaqlayıb öldürəcəyəm»-deyərək onları hədələmişdir. Münaqişə təxminən 10-15 dəqiqə davam etmiş və həmin vaxt onun yanında iş yoldaşı Ayxan, Bəxtiyar və Heydər olmuşlar. Münaqişə vaxtı o, həmin şəxsi vurmamışdır. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada cəza verilməsini xahiş etmişdir Məhkəmədə protokolları tərtib etmiş şəxs - Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 protokollarda yazılanları təsdiq etmişdir. İş materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-2074/2023 və 3(027)- 2075/2023 saylı işlər bir icraatda 3(027)-2075/2023 nömrə ilə birləşdirilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Quba RPŞnin TB-nun baş təhqiqatçısı polis mayoru X3 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs 02avqust 2023-cü il tarixdə saat təxminən 10 radələrində Quba rayonu Hacıqayıb kəndində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs və onunla gələn iş yoldaşlarına qarşı nalayiq söyüşlər söyərək, şərəf və ləqayətlərini alçaltmış və onlara daş-kəsək ataraq hədəqorxu gəlmiş və Zərərçəkmiş şəxs sifətinin sağ tərəfində yumruq zərbəsi ilə vuraraq ona fiziki ağrı yetirmiş, sonradan Şəxs «bir də bu kəndə gəlsəz sizi bıçaqlayıb öldürəcəyəm»-deyərək onları hədələmişdir. Lakin Şəxs əməlində öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, yəni AR CMnin 134-cü maddəsinin tərkib əlamətləri olmadığından, həmin xüsusat üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Lakin Şəxs əməlində Zərərçəkmiş şəxs yumruqla sifətində vuraraq ona fiziki ağrı yetirməsi və iş yoldaşılarının yanında onu söyüb təhqir etməsi faktında AR İXM-nin 157 və 510-cu maddəsinin tərkib əlamətləri vardır. Ona görə də, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Şəxs barəsində AR İXM-nin 157 və 510-cu maddələri ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması iş materilları ilə sübuta yetirilsə də, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilmir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 539 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib olunmuş şəxs Şəxs inzibati xəta nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin hissədə icraata xitam verilməlidir. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, barəsində 510-cu maddədə nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olmadığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 04 (gün) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin və həbs etmənin əvvəli xx.xx.2023cü il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar