Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2079/2023 20.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X2 katibliyilə, Zərərçəkmiş şəxs X3 nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə Quba rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon PŞ-dən daxil olmuş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində suyu Quba rayonu, Ağbil kəndində X4 məxsus 0.08 ha həyətyanı sahəyə yönəltməsi nəticəsində və bununla da sahəni əhatə edən mişar daşı ilə hörülmüş hasarın 6 metr hissəsi çatlayaraq yararsız hala düşməsi və 20 ədəd xarici növ gilas qələmlərinin yararsız hala düşməsi nəticəsində ona 955 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikasının DİN Quba rayon PŞ-nə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili X5 izahatında bildirmişdir ki, Şəxs Qalib Tağıyevin qonşusudur. O həyətini sulamaq məqsədilə Qalib Tağıyevin həyətindən keçən suyu öz həyətinə yönəldərək, sahəni əhatə edən mişar daşı ilə hörülmüş hasarın 6 metr hissəsi çatlamış, 20 ədəd xarici növ gilas qələmləri yararsız hala düşmüş və nəticədə Zərərçəkmiş şəxs 955 manat məbləğində maddi ziyan vurmuşdur. Şikayətçidir, ziyanı tələb edir. İş materiallarında olan Quba rayonu Vladimirovka İƏD nümayəndəliyindən xx.xx.2023-cü il tarixində verilmiş 388 nömrəli arayışdan görünür ki, Ağbil kənd sakini Zərərçəkmiş şəxs Quba rayonu Ağbil kəndində yerləşən həyətyanı sahəsinin yanından keçən suvarma arxının qarşısının bağlanması səbəbindən həyətyanı sahəsini əhatə edən daş hasarın dibinə su yığılmış, nəticədə hasar çatlamış, zərər görmüşdür. Əlavə olaraq yanında yerləşən vətəndaşa məxsus torpaq sahəsində salınmış intensiv meyvə bağında 20 ədəd xarici növ gilas qələmləri su axını nəticəsində yararsız hala düşmüşdür. İş materiallarında olan Quba rayonu Vladimirovka İƏD nümayəndəliyindən xx.xx.2023-cü il tarixində verilmiş 427 nömrəli arayışdan görünür ki, Ağbil kənd sakini Zərərçəkmiş şəxs məxsus Quba rayonu, Ağbil kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsini əhatə edən mişar daşı ilə hörülmüş hasarın 6 metr hissəsinin çatlayaraq yararsız hala düşməsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün aşağıda qeyd olunan məbləğdə vəsait tələb olunur: 1. Hasarın dam örtüyünün sökülməsi - 50 manat; 2. Hasarın sökülməsi - 50 manat; 3. Mişar daşlarının təmizlənməsi - 30 manat; 4. Beton tökülməsi - 60 manat; 5. Hasarın hörülməsi - 72 manat; Hasarın suvanması - 75 manat; Hasarın dam örtüyünün quraşdırılması- 70 manat; Hasarın tikintisi üçün tələb olunan 20 kisə qum, 7 kisə sement- 90 manat; Bünövrənin karkası üçün tələb olunan 24 m. armatur, 20 ədəd xamud, 20 kisə qum, 10 kisə sement - 178 manat. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 iyun 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühütin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndiliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanılması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanılmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Belə ki, MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətanı 15 may 2023-cü il tarixdə törətməsi müəyyə olunmuşdur. Həmçinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə inzibati qaydada tədbir görülməsi müəyyən edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar 18 iyun 2023-cü il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərədə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə nəzərədə tutulmuş müddətlərin başa çatdığını nəzərə alaraq, məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış 3 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 232-1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-2079/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2079/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver