Məhkəmə qərarları › İş №3(027)-2123/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2123/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2123/2023 22.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan (X7 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiallara əsasən, Şəxs xx.xx.2023-cü ildə, saat 13:30 radələrində Quba RMX-da vətəndaş X5 məxsus 400 manat dəyərində olan “Redmi” 12C markalı mobil telefonu oğurlamışdır. xx.xx.2023-cü il tarixdə Quba rayonu, Küpçal kənd sakini X15 390 manat məbləğində pulunu dələduzluq yolu ilə talamışdır. xx.xx.2023-cü il tarixdə Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən "xxxx" ASC-yə məxsus terminaldan X12 aid olan 500 manat pulu götürərək oğurlamışdır. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli, Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X13 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli, Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X14 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokollar tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2023-cü ildə, saat 13:30 radələrində Quba RMX-da vətəndaş X5 məxsus 400 manat dəyərində olan “Redmi” 12C markalı mobil telefonu oğurlamışdır. xx.xx.2023-cü il tarixdə Quba rayonu, Küpçal kənd sakini X15 390 manat məbləğində pulunu dələduzluq yolu ilə talamışdır. xx.xx.2023-cü il tarixdə Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən "xxxx" ASC-yə məxsus terminaldan X12 aid olan 500 manat pulu götürərək oğurlamışdır. Əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Quba rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 protokolda göstərilənləri təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-2123/2023, 3(027)-2124/2023 və 3(027)-2125/2023 saylı işlər bir icraatda 3(027)- 2123/2023 saylı nömrə ilə birləşdirilmişdir Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X6 tərəfindən qəbul edilmiş 06 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Kaçalov 11, mənzil 7-də qeydiyyatda olan, Quba rayonu Vəlvələ kəndində yaşayan X12 məxsus 500 manat pulun xx.xx.2023-cü il tarixdə Quba şəhəri, H. Əliyev prospektində yerləşən Unibanka məxsus terminaldan əldə edilməsi faktında Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkib əlamətləri yoxdur. Elşad Seyidova 500 manat ziyan dəymişdir. Təhqiqat araşdırması müddətində şəxsin müəyyən edilməsi mümkün olmamışdır. 01 dekabr 2017-ci il tarixdə Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən, CM-nin 177.1, 178.1 və 179.1-c maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 (beş yüz) manatdan yuxarı lakin 5000 (beş min) manatadək olan məbləğ nəzərdə tutulur. Qeyd olunan qanunvericiliyə müvafiq olaraq həmin məbləğ özgənin əmlakını etibardan sui-istifadə etməklə talama, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin tərkibini yaratmır. Ona görə də, X10 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilməli, qərarın surəti pulu götürən şəxs müəyyən edilərək tapıldıqdan sonra barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPş-nin İTB-nə göndərilmişdir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X16 tərəfindən qəbul edilmiş 17 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X8 RPŞ-nə ərizə ilə müraciət edərək, 07 avqust 2023-cü il tarixdə, Tap.az saytında İpone XS max mobil telefonu 400 manata satışa qoyulduğunu görüb, elanda olan ***-***-**-** nömrə ilə əlaqə saxlayıb 390 manata razılaşıb 07 avqust 2023-cü il tarixdə saat 19:40 radələrində həmin şəxsin ona göndərdiyi son 8 rəqəmi 4160 9201 olan sahibi X3 aid olan karta Quba şəhəri H.Əliyev prospektində yerləşən (Araz market) Milli ön terminalından 390 manat göndərsə də, sonradan onu aldadaraq pulunu ələ keçirmişdir. Qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, yəni AR CM-nin 178.1 maddəsinin tərkibini yaratmır. Ona görə də, X15 ərizəsi əsasında toplanmış HK-1\1969 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilməli, qərarın surəti onun 390 manat pulunu ələ keçirən şəxs tapıldıqda barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Quba şəhər sakini X5 məxsus 400 manat dəyərində Redmi 12C markalı mobil telefonu xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində Quba rayon Timiryazev qəsəbəsi ərazisində yerləşən Quba RMX-nın Reanimasiya şöbəsinin tibbi otağında masanın üzərinə qoyulmuş vəziyyətdə naməlum şəxs tərəfindən oğurlanmışdır.Qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ özgənin əmlakını gizil talama, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkibini deyil, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibini yaradır. Odur ki. X4 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməli, qərarın surəti həmin mobil telefonu oğurlamış şəxs və ya şəxslər tapıldıqda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 240 (iki yüz qırx) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərardan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar