Məhkəmə qərarları › İş №3(027)-2130/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2130/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2130/2023 06.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Şikayət verən X3 iştirakı ilə X3 Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X7 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN Quba RPŞ DYPBnin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində nəzərdə tutulan Azərbaycan Respublikasının X5 327.2 - ci maddəsi ilə təqsirləndirilərək Quba Rayon Yol patrul xidmətinin inspektoru polis serjantı X2 maddi subutları olmadan və yol nişanlarının olmamasına, hətda baş yolda hərəkət edərkən Yol patrul xidmətinin inspektoru polis serjantı X6 ona Azərbaycan Respublikasının X5 327,2 - ci maddəsi ilə 80 manat cərimə tətbiq etmişdir. Belə ki, iş materiallarında o etibarnamə ilə edarə etdiyi “Kamaz 5320” yük Dövlət qeydiyyatı **-OH-*** olan avtomaşınıyla Xudat şəhərindən yük vuraraq Xaçmaz şəhərinə Quba istiqamətindən keçid edərək yoluna davam edib. Quba rayon ASAN xidmət mərkəzinin qarşısında dolaşıq yol ayrıçıları olsa da, hec bir yol nişanları olmayaraq, olanlarda düzgün tərtib olunmamışdır. O hərəkət edərək yol nişanlarına diqqət edib yol nizam intizam qaydalarına riyaət edir, 20 ildir ki, avtomobil idarə edir, bu günədək ciddi kobud yol hərəkət qaydaların pozmamışdır. “Asan xidmət”in qarşısında yol nişanlarına uyğun hərəkət etsə də, onu xx.xx.2023 ci il tarixdə saat 08.44 radələrində Quba Rayon Yol patrul xidmətinin İnspektoru polis serjantı X6 dayanma əmri verərək bir başa Azərbaycan Respublikasının X5 327.2 - ci maddəsi ilə 80 manat cərimə tətbiq etmişdi. O Quba Rayon Yol patrul xidmətinin inspektoru polis serjantı X4 iraddlarını və yol nişanları ilə düzgün hərəkət etdiyini bildirsə də, polis onun danışıqlarına məhəl qoymamış, cərimə tətbiq edərək yanından uzaqlaşmışdı. Hətta mən Quba Rayon Yol patrul xidmətinin inspektoru polis serjantı X4 bildirib ki, yazılan cəriməni qərara almayın o şikayət edəcək. Quba Rayon Yol patrul xidmətinin inspektoru polis serjantı X6 onun qərardan narazı olmağına baxmayaraq yazılan protokolu qərara alaraq hüquqlarını pozmuşdur. Məhkəmə iclasında X7 ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə edərək həmin ərazidə yol nişanlarının düzgün quraşdırılmadığını, belə ki, dairəni əks etdirən nişanın olmadığını, düzünə və sola hərəkəti müəyyən edən yol nişanlarının olduğunu, ona görə də, o dairəyə daxil olmadan birbaşa sola dönmə əməliyyatı icra etdiyini bildirmiş və ona görə də, qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-ə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 RPŞ DYPB tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 manat cərimə edilmiş, qərar həmin tarixdən qüvvəyə minmişdir. İş materiallarına əlavə edilmiş X5 327.2- ci maddəsi ilə qərar qəbul edilməsinə əsas olmuş yolun hərəkət istiqaməti üzrə foto görüntülərdə həmin ərazidə müvafiq məcburi hərəkət istiqaməti müəyyən edən “4.1.5” nişanı və “3.1” qadağan yol nişanlarının olduğu müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Qeyd edilən Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü mddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, nəqliyyat vasitəsini idarə edən X7 məcburi hərəkət istiqaməti müəyyən edən “4.1.5” nişanı və “3.1” qadağan yol nişanlarının tələblərinə riayət etməyərək hərəkəti davam etdirdiyindən, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqıbda qərar faktiki əsaslar olmaqla, habelə qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tənzimləməyə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X3 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar