Məhkəmə qərarları › İş №3(027)-214/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-214/2022

03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-214/2022 03.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Quba rayonu, Xınalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, Aşağı-Atuc kəndində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 206-cı maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən e tdi: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiallara əsasən, Şəxs 17 yanvar 2022-ci il tarixdə saat 22:00 radələrində Quba rayonunun Aşağı-Atuc kəndində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı qardaşı Niyazi Məmmədovu nalayiq söyüşlərlə təhqir etmiş, Şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab olunan “kannabinoid” və sidikdə “etil spirti” aşkar edilmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 tərəfindən Şəxs barəsində 03 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokollar tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, tez-tez spirtli içki içir və qardaşı ilə aralarında mübahisə yaranır. saat 22:00 radələrində Quba rayonunun Aşağı-Atuc kəndində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı qardaşı Niyazi Məmmədovu təhqir etmiş, sonra isə çıxıb getmişdir. Onu bıçaqla hədələməmişdir. Bildirmişdir ki, ondan götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab olunan “kannabinoid” və sidikdə “etil spirti” aşkar edilmişdir. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə protokolları tərtib etmiş şəxs - Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 protokollarda yazılanları təsdiq etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması iş materialları ilə sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddələri ilə düzgün tövsif edilmişdir. İş materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 03 mart 2022-ci il tarixli MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-214/2022 və 3(027)-215/2022 saylı işlər bir icraatda 3(027)-214/2022 saylı nömrə ilə birləşdirilmişdir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TB-nin müstəntiqi X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 fevral 2022-ci il tarixli qərardan görünür ki, Şəxs 17 yanvar 2022-ci il tarixdə saat 22:00 radələrində Quba rayonunun Aşağı-Atuc kəndində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı qardaşı Niyazi Məmmədovu nalayiq söyüşlərlə təhqir etmiş, Şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab olunan “kannabinoid” və sidikdə “etil spirti” aşkar edilmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 206-cı maddələri ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan 17 yanvar 2022-ci il tarixli Quba RPŞ-nin TB-nin müstəntiqi X2 qərarından görünür ki, Şəxs barəsində olan HK-1/124 nömrəli material üzrə məhkəməkimyəvi ekspertizasının təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X4 Publik Hüqiq şəxsin 226/K saylı, 17.01.2022-ci il tarixli ekspert rəyinə əsasən, X10 oğlunun qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatına əsasən, Şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab olunan “kannabinoid” və sidikdə “etil spirti” aşkar edilmişdir. Etil spirtinin qatılığı 1,8%-dir. Qan və sidik nümunələrinin tərkibində metil, etil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs oğlunun əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə əsasən Şəxs İXM-nin 510 və 206-cı maddələri ilə təqsirli bilinib, barəsində 206-cı maddədə nəzərdə tutulmuş 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 206-cı maddədə nəzərdə tutulmuş 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar