Məhkəmə qərarları › İş №3(027)-215/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-215/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-215/2023 24.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Quba rayonu, Pirvahid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Pirvahid kəndində qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində Quba rayonu Pirvahid kəndində aralarında baş vermiş mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs üz nahiyyəsindən yumuruğla vuraraq dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X1 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Zərərçəkmiş şəxs atası ondan şikayət etdiyinə görə o, Asifə zəng edərək öz iradını ona bildirmişdir. Asif onu telefonda söymüş o da onların evinin qarşısından keçərkən zəng edərək Asifi çölə çağırmış və onu niyə söydüyünü soruşmuş və Asif də ona “düz edib söymüşəm” demiş, o bundan əsəbləşərək Asifin üz nahiyyəsinə bir dəfə yumuruğla vurmuş və həmin yerdən çıxıb getmişdir. Zərərçəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə həmkəndlisi Şəxs ona zəng edərək atasının niyə ondan şikayət etdiyini soruşmuş və həmin vaxt onunla telefonda mübahisə etməyə başlamış və ona çölə çıxmağını bildirmişdir. O, çölə çıxmış və maşına minərək orada söhbət etmişlər. Orada onların arasında mübahisə düşmüş və o, maşından düşdükdən sonra Ülvi onun dalınca düşərək üz nahiyyəsindən bir dəfə yumuruqla vurmuşdur. Onların arasında mübahisə təxminən 5-10 dəqiqə davam etmiş və mübahisə vaxtı həmin yerdə onlardan başqa kimsə olmamışdır. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmışdır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin polis sahə inspektoru X1 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. İş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 03 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Quba rayonu Pirvahid kəndində aralarında baş vermiş mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs üz nahiyyəsindən yumruqla vuraraq vuraraq ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Göründüyü kimi Şəxsu əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Ona görə də Şəxs haqqında cinayət işinin başlanılması rədd edilmiş və qərarın surəti onun barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, onlar barışmışdır və Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmadığını nəzərə alaraq, yuxarıda göstərilən qanun normalarına əsasən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar