Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-215/2024 26.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokolu tərtib edən Quba RPŞ İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,xxxxxxx orta təhsilli, subay, taksi fəaliyyətilə məşqul olan, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə vətəndaş Rövşənə Allahverdiyevanın adına olan 224 manat pulunu şəxsiyyət vəsiqəsini istifadə etməklə mənimsəmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Quba RPŞ İTB-nin sahə rəisi X4 izahatında bildirmişdir ki, X3 ***-***-**-** nömrəsindən zəng edərək, Quba şəhərində 1 ay bundan öncə Hacı adlı şəxsin ona az pulmanat proqramından pul götürəcəyi adı ilə aldadaraq 200 manat pulu öz kartına göndərməsi barədə məlumat vermişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddə ilə ona protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, taksi fəailliyəti ilə məşğuldur. Eminlə uzun müddətdir ki, dostluq münasibəti olmuşdur. xx.xx.2024-cü il tarixdə Emin ona zəng edərək “Shişa” çay evinə dəvət etmiş və gələrkən Eminin Rövşanə adlı şəxslə oturduğunu görmüşdür. Dialoq zamanı Emin ona pula ehtiyacı olduğunu və Rövşanənin adına “Azpulmat”dan pul götürməsini və sonradan ödəyəcəyini demişdir. Rövşanə razılaşıb telefonunu və digər sənədlərini ona vermiş, həmin vaxtda pula ehtiyacı olduğuna görə proqramdan 200 manat pulu atası Mübarizin adına olan, lakin özünün istifadəsində olan kart hesabına köçürmüşdür. Onlara isə pulun 24 saat ərzində karta köçəcəyini bildirərək oradan uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixdə Emin və Rövşanəyə məlum olmuşdur ki, Hacımurad 200 manat pulu özü əldə etmiş, onların pulunu talamışdır. Həmin puldan 50 manatı Eminə qaytarmış, yerdə qalan pulu isə verməmişdir. Əməlindən peşmandır. Hal-hazırda zərərçəkmişə maddi ziyanı ödəməyə hazır olduğunu və barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində dostu Emin ilə birlikdə Hacımurad adlı şəxslə görüşərək “Shişa” çay evində əyləşmiş, dioloq zamanı Eminə “Azpulmat”-dan 200 manat pul almaq istədiyini lakin ala bilmədiyini demiş. Emin də Hacımuradın proqramdan anlayışı olduğunu telefonu ona verməsini demişdir. Rövşanə də telefonunu və bank kartı məlumatlarını Hacımurada vermiş Hacımurad bir neçə dəqiqədən sonra pulu götürdüyünü və 2 saat ərzində kart hesabına yüklənəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Rövşanə karta pulun yüklənmədiyinə görə telefonunu Eminə verib baxmasını xahiş etmiş, Emin də proqrama baxıb 200 manat pulun Hacımuradın atası Mübarizə məxsus bank kartına yükləndiyini demişdir. Rövşanə Hacımuradla telefon əlaqəsi saxlayıb pulunu qaytarmasını tələb etdikdə, sonuncu 1 ay müddətində pulu qaytaracağını demiş, bir ayın tamamında pulu qaytarmadığına görə yenidən Hacımuradla əlaqə saxlayanda o müxtəlif bəhanələr gətirərək bu günə kimi pulu ödəməmişdir. Daha sonra ərizə təqdim edərək, ziyanın ödənildiyini, Şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmiş, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 fevral 2024-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, şikayət və tələbin olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1 və 351.1-ci maddəslərində nəzərədə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda inzibat iş üzrə icraata xitam verilir. Qeyd edilən Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilməklə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-215/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-215/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver