Məhkəmə qərarları › İş №3(027)-2157/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2157/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2157/2023 30.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Quba regional ərazi şöbəsinin nümayəndəsi X9 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Quba regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Quba regional ərazi şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Quba regional ərazi şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3.000 (üç min) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərar ona rəsmi qaydada xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Barəsində tətbiq edilən həmin inzibati tənbeh tədbiri tamamilə qanunsuz və əsassızdır. Həmin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, o, X5 tərəfindən xx.xx.2023-cü il tarixdə Quba rayonu. Barlı kəndində yerləşən marketdə X10 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə o, X5 tərəfindən İXM-nin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. O, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Quba rayonu, Barlı kəndində yerləşən fəaliyyət göstərdiyi marketi tək işlədir, kiçik marketdir, işçilərə ehtiyac yoxdur. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, X10 marketdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X10 marketdə ümumiyyətlə işləmir, X10 öz istəyi ilə cəmi bir neçə saat ona kömək etmiş, bunun qarşılığında ona hardasa 10 manat dəyərində şirniyyat vermişdir. İman Qırxlarov özü də izahatında bunları təsdiq etmişdir. X8 market ilə hər hansı bağlılığı olmadığı təqdirdə X11 Xidmətinin Quba regional ərazi şöbəsinin hansı əsaslarla İman Qırxlarovun bizim işçimiz kimi göstərməsi qanunvericiliyin kobud şəkildə pozulması deməkdir. X11 Xidmətinin Quba regional ərazi şöbəsi tərəfindən tam, hər tərəfli, obyektiv araşdırılma aparılmadan həmin ərazidə olan şəxslərin izahatları alınmadan qeyri-qanuni yollarla İman Qırxlarovu onun işçisi kimi göstərməsi və bunun əsasında barəsində inzibati xəta haqqında protokol və həmin protokola əsasən də inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi qanunsuzdur. Məhkəmə iclasinda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Quba regional ərazi şöbəsinin nümayəndəsi X13 protokolu və protokol əsasında tərtib olunmuş qərarı müdafiə edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında X5 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X11 Xidmətinin Quba Regional Şöbəsi tərəfindən tərtib edilmiş 30 sentyabr 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan və xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X1 İman İlqar oğlu marketdə işləmədiyini qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş materillarında həmin şəxslərin marketə işlərə cəlb edilməsini bildirən fotoşəkillər mövcuddur. Həmçinin, X5 həmin şəxsin dostunun nəvəsi olduğunu bildirsədə, məhkəmə iclasında suala cavabında dostunun adının bilmədiyini qeyd etdi. Beləliklə, məhkəmə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X11 Xidmətinin Quba Regional Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X11 Xidmətinin Quba Regional Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Quba regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar