Məhkəmə qərarları › İş №3(027)-217/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-217/2022

03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-217/2022 03.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Məhkəmə iclas katibi X3, Protokolu tərtib edən Quba rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X1, zərərçəkmiş şəxs X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Quba rayonu, Zizik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də fəhlə işləyən, Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 03.03.2022-ci il tarixdə, saat 01:20 radələrində Quba şəhəri, H.Əliyev prospektində X5 evinin qarşısına gedərək sərxoş vəziyyətdə ucadan ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Ona görə də Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 03 mart 2022-ci il tarixli, MN 1327243-430 №-li protokol tərtib edilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X2 bildirdi ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu müdafiə edir, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərmişdir ki, 02 mart 2022-ci il tarixdə, gecə saatlarında spirtli içkinin təsir altında olduğu zaman əvvəllər tanıdığı Alim yadına düşmüşdür. Alimim yaşadığı ünvana gedərək həyətdə Alimin gəlməsini gözləmiş, təxminən saat 01:20 radələrində Alim yaşadığı evə gələndə onu görmüş və əsəblərini cilovlaya bilmədiyindən ucadan ictimai yer sayılan məhəllədə ünvansiz nalayiq söyüşlər söymüşdür. Onun səsinə həmin məhəllədə yaşayan insanlar pəncərə və balkonlardan baxaraq öz iradlarını bildirmişdirlər. Daha sonra polis əməkdaşları gələrək rayon PŞ-nə dəvət etmişlər. Məhkəmədə zərərçəkmiş şəxs X7, izahatında göstərdi ki, Şəxs 03 mart 2022-ci il tarixdə, saat 01:20 radələrində oğlu Alimə yaşadıqları evin qarşısında əsəbi halda nalayiq söyüşlər söymüşdür. Bununla da həm özünün həm də ətrafda yaşayan insanların naratçılığına və narazıçılığına səbəb olmuşdur. Fərqanə barəsində qanuni tədbir görülməsini xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edib, protokol tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar