Məhkəmə qərarları › İş №3(027)-219/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-219/2022

04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-219/2022 04.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs X1, Zərərçəkmiş şəxs Hacıbaba oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq məhkəmə, müəyyən etdi: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 18.09.2021-ci il tarixdə, tanışı Zərərçəkmiş şəxs Hacıbaba oğlundan 400 manat alaraq kredit almaqla köməklik göstərəcəyinə söz vermiş, vədinə əməl etməyərək pulu ələ keçirmişdir. Bununla bağlı Quba RPŞ-nin İTB-nın polis sahə rəisi, polis mayoru, X2 tərəfindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 03.03.2022-ci il tarixli, MN 1327291-428 nömrəli protokol materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 18.09.2021-ci il tarixdə, tanışı Zərərçəkmiş şəxs Hacıbaba oğlundan 400 manat alaraq kredit almaqda köməklik göstərəcəyinə söz vermiş, vədinə əməl etməmişdir. Hazırda aldığı pulu qaytarmış və zərəzçəkmiş şəxslə barışmışdır. Göstərilənləri nəzərə alıb inzibati material üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Hacıbaba oğlu izahatında göstərmişdir ki, 18.09.2021-c il tarixdə Quba şəhərində Razim və Sərvərlə görüşüb kredit almaqlda ona köməklik edəcəyinə görə Razim onun iştirakı ilə təqaüd kartından 400 manat çıxarmış, sonra isə Razim isə vədinə əməl etməyərək onun pulunu ələ keçirmişdir. Hazırda Şəxs ilə barışmış, ona dəymiş ziyan Şəxs tərəfindən tam ödənilmişdir. Şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. İş materiallarında olan Quba RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş 04 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs Hacıbaba oğlunun ərizəsindən görünür ki, O, hal-hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs da haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikaksı İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.9, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Zərərçəkmiş şəxslə barışması əsasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar