Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-22/2023 19.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu X3 oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, Quba rayonu, Zərqova kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 10:30 radələrində aralarındakı mübahisə zamanı çəpər qonşusu Zərərçəkmiş şəxs məxsus çəpərdəki kardon layihəsini sökərək sonuncuya 130 manat dəyərində ziyan vurmuşdur. İş materiallarında olan Quba RPŞ-nin Təqhqiqat Bölməsinin təhqiqatçısı X1 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 03 noyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərar əsasında Quba RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, 1594006- 2007 №-li İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, qonşusu Emillə onlar evi bir ailədən, ata və oğuldan almışdılar və evi onlara satanda sərhədlərini göstərmişdilər və onlar da öz razılıqları ilə aralarındakı dalanı tən ortadan taxta kartonlarla ayırmışdılar. Amma dalanın baş tərəfindəki anbar otaq Emilgilin istifadəsində qalmışdı. Söz vermişdilər ki, anbarı söküb onlara aid olan hissəni verəcəklər. Amma bu vaxtadək yubatmışlar. O, da 24 oktyabr 2022-ci il tarixdə, saat 10:30 radələrində özü təkbaşına olaraq əlləri ilə dalandakı kağız karton və taxtaları söküb çəpər yerini açmışdır. Hazırda həmin dəymiş ziyanı ödəmiş və zərəzçəkmiş şəxslə barışmışdır. Göstərilənləri nəzərə alıb inzibati material üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 24 oktyabr 2022-ci il tarixdə isə, saat 10:30 radələrində Zöhrə onlara heç nə demədən aralarındakı çəpər yerində olan kağız karton lövhələri balta ilə söküb qıraraq kənara tullamışdır. Dəymiş ziyan 130 manatdır. Hazırda Şəxs ilə barışmış, ona dəymiş ziyan Zahirə tərəfindən tam ödənilmiş, heç bir tələb və şikayəti yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, O, hal-hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs da haqqında Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikaksı İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.9, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Zərərçəkmiş şəxslə barışması əsasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-22/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-22/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver