Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-220/2023 25.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Babayev Aydın Vahid oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 333.2-ci və 206-cı maddələrilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: xx.xx.2023-cü il tarixli İXP ******* inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2023cü il tarixdə saat 17:30-da “Tofas Şahin” mink markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu Zərdabi qəsəbəsi ərazisində hərəkətdə olarkən manevr qaydalarını pozduğuna görə saxlanarkən daha əvvəl sərxoş idarə edilməsinə görə inzibati tənbeh alsa da, bir il ərzində təkrarən sərxoş vəziyyətdə avtomobil idarə etdiyi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli İXP ******* inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2023cü il tarixdə saat 16:30 radələrində Quba rayon PŞ-nin DYPB-nin inspektoru tərəfindən saxlanılmış və tibbi müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 333.2-ci və 206-cı maddələrilə ilə təqsirləndirilməsinə dair protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün inzibati işlər birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 333.2-ci və 206-cı maddələrilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, ******* və ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-220/2023 nömrəli inzibati iş və 3(027)-221/2023 nömrəli inzibati iş bir icraatda sonuncu nömrə altında birləşdirilsin. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-220/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-220/2023
25.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver