Məhkəmə qərarları › İş №3(027)-2203/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2203/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2203/2023 16.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olan və yaşayan (X4 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-1672/2021 saylı və xx.xx.2021-ci il tarixli 2(027)-1688/2021 saylı icra sənədinin icra edilməməsi və icra məmurunun qanuni tələblərinin yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 tərəfindən 12 oktyabr 2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 bildirmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)- 1672/2021 saylı icra vərəqəsinə əsasən Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1672/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq borclu Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar ayda 50 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)- 1688/2021 saylı icra vərəqəsinə əsasən Borclu Şəxs icra vərəqəsində qeyd olunan məişət əşyaları alınaraq tələbkar X2 verilməlidir. Həmin əmlakların naturada hər hansı biri qətnamə icra olunan vaxt mövcud olmasa qeyd olunan dəyəri 2185 manat məbləğində pul borcludan alınaraq tələbkara verilməlidir. Tələbkar tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu borclu Şəxs alınaraq tələbkara verilməlidir. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınardaşınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İş üzrə borclu Şəxs aliment üzrə borcundan bu günədək 4110 manat məbləğində ödəniş etmiş hazırda 390 aliment borcu, əmlak tələbinə dair icra sənədi üzrə isə qalıq borcundan ödəiş edilməmiş və 2615 manat borc mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)- 1672/2021 saylı icra vərəqəsinə əsasən Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1672/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq ondan hər ay 150 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar ayda 50 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1688/2021 saylı icra vərəqəsinə əsasən icra vərəqəsində qeyd olunan məişət əşyaları alınaraq tələbkar X2 verilməlidir. Əmlak tələbinə dair icra sənədi üzrə isə qalıq borcu 2185 manat borcu, hazırda 390 aliment borcu vardır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)- 1672/2021 saylı və xx.xx.2021-ci il tarixli 2(027)-1688/2021 saylı icra vərəqəsinə əsasən Şəxs ödənilməmiş borcun tutularaq ona ödənilməsini bildirmisdir.. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs borcundan ödəniş etməməsi onun icra sənədi üzrə tələbi qərəzli olaraq icra etməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1672/2021 saylı icra vərəqəsindən görünür ki, nikah pozularkən tərəflərin birgə nikahından 06 iyul 2019-cu i tarixdə doğulmuş X3 anası Zərərçəkmiş şəxs yanında saxlanılmış 06 iyul 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 14 iyul 2021-ci il tarixdən cavabdeh Şəxs hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar ayda 50 manat məbləğində pul tutularaq, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1688/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs iddia tələbi olan 1 ədəd dəyəri 180 manat olan ət çəkən maşın (işləmir), 1 ədəd dəyəri 75 manat olan tozsoran (işləmir), 1 ədəd dəyəri 7 manat olan dəmir podnos, 1 ədəd dəyəri 100 manat olansandıq, 1 ədəd dəyəri 35 manat olan bıçaq naboru, 1 ədəd dəyəri 10 manat olan alminum vedrə, 1 ədəd dəyəri 80 manat olan qazan dəsti, 1 ədəd dəyəri 150 manat olan şirli qazan dəsti, 1 ədəd dəyəri 120 manat olan tefal qazan naboru, 12 ədəd dəyəri 9 manat olan çay nəlbəkiləri, 2 ədəd dəyəri 10 manat olan salfetka qabı, 1 ədəd dəyəri 12 manat olan üç mərtəbəli şirniyyat qabı, 8 ədəd dəyəri 11 manat olan salat qabı, 1 ədəd dəyəri 40 manat olan ağ rəngli çay servisl, 13 ədəd dəyəri 65 manat olan çay servisi, 2 ədəd dəyəri 40 manat olan güldan, 12 ədəd dəyəri 53 manat olan xurustal stəkan, 6 ədəd dəyəri 24 manat olan qənd qabı, 12 ədəd dəyəri 40 manat olan xörək dəsti, 1 ədəd dəyəri 70 manat olan saç düzləşdirici fen (işləmir), 2 ədəd dəyəri 5 manat olan bozbaş qabları, 3 ədəd dəyəri 15 manat olan çuqun qablar, 12 ədəd dəyəri 12 manat olan mürəbbə qabı naboru, 1 ədəd dəyəri 100 manat olan tüklü adyal ağ rəngi, 5 ədəd dəyəri 350 manat olan taxt pasteli, 7 ədəd dəyəri 116 manat olan tək pastel, 10 ədəd dəyəri 50 manat olan əl üz dəsmalı, 15 ədəd dəyəri 30 manat olan çay dəsmalı, 20 ədəd dəyəri 15 manat olan salfetka dəsmalı, 8 ədəd dəyəri 40 manat olan yastığ üzü, 9 ədəd dəyəri 210 manat olan masa örtüyü, 1 ədəd dəyəri 100 manat olan led lampadan (54wat) ibarət məişət əşyaları alınaraq iddiaçı X2 verilsin. Həmin əmlakların naturada hər hansı biri qətnamə İcra olunan vaxt mövcud olmasa-qeyd olunan dəyəri cavabdehdən alınaraq iddiaçıya verilsin. iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs alınaraq, iddiaçıya verilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, Ramil Fətəliyev 2940 manat borcundan 300 manatını Elnur Sultanova ödəmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bununla da məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs 500 (beş yüz) manat miqdarında cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar