Məhkəmə qərarları › İş №3(027)-221/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-221/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-221/2024 06.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, X2 iştirakı ilə, İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 19480010 nömrəli qərardan X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidməti tərəfindən çıxarılmış EQ 19480010 saylı 15 fevral 2024-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 15 fevral 2024-cü il tarixdə Quba şəhəri Şirəli Axundov küçəsində ona məxsus DAEWOO markalı **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini yolun hərəkət hissəsindən kənarda digər avtomobillər hansı qaydada park olunubsa həmin formada park etmişdir. Bir müddət sonra onun mobil tefonuna sms vasitəsilə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin pozulmasıyla bağlı EQ 19480010 nömrəli sms gəlmişdir. EQ 19480010-li qərada isə ona məxsus DAEWOO markalı **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin Quba şəhəri H.Əliyev prospektində park etdiyi qeyd olunmuşdur. Onun etirazını haqqında çıxarılan qərarın heç bir hüquqi əsası olmamışıdır. Belə ki, “X7” AR Qanununun 52-ci maddəsində olduğu kimi “Dayanma və Durma” qaydası Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yan qoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Belə ki, Yol-patrul xidməti haqqında Təlimatın 8.2-ci bəndində göstərilib ki, İnzibati xəta hadisəsi DYP-nin səlahiyyətli əməkdaşı tərəfindən bilavasitə, o cümlədən xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə onun törədilməsində təqsirli hesab edilən şəxs barədə protokol və ya qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş əlavələrə uyğun olaraq sürücülük vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd əsasında tərtib edilir. Həmin vaxt ona məxsus olan DAEWOO markalı **-BJ- *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini Quba şəhəri Şirəli Axundov küçəsində park etmişdir H.Əliyev prospektində park etməmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Baş X8 İdarəsi nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 19480010 nömrəli elektron qərarından X3 tərəfindən verilmiş şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli EQ 19480010 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 idarə etdiyi “DAEWOO NEXİA GL” Minik markalı ** BJ *** Dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İXM-nin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı - inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası DİN Baş Dövət Yol Polisi İdarəsi tərəfindən X3 barəsində xx.xx.2024-cü il tarixli, EQ 19480010 nömrəli elektron qərar qəbul edilmişdir. Həmin qərarın tərtib edilməsinə səbəb olan sübutlar protokolu tərtib edən orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən, hər hansı şəxsin inzibati xəta törətməsi müəyyən olunarsa, ilk öncə həmin şəxs barəsində inzibati xətanın törətməsi ilə əlaqədar protokol tərtib olunur. Lakin, qeyd olunan inzibati xəta barəsində X3 bu barədə məlumatlandırılsa da, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş onun irazılığı olmadan həmin gün qərar qəbul edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası DİN Baş Dövət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 19480010 nömrəli elektron qərarı Azərbaycan Respublikasının İXM-nin 122.3-cü maddəsinin tələblərinə əsasən tərtib edilməmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında elektron qərara inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 19480010 nömrəli elektron qərarından X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövət Yol Polisi İdarəsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 19480010 nömrəli elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar