Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2216/2023 27.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, X5 oğlunun katibliyi ilə, X2 EQ 17228471 saylı protokoldan verilmiş şikayətə baxaraq, müəyyənetdim: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək “MİTSUBİSHİ OUTLANDER” markalı **-TX-*** dövlət nömrə nişanlı avtomaşına tərtib edilmiş EQ 17228471 saylı Qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konistitusiyasının 1, 7, 12, 13, 24, 25, 26, 29, 57, 60, 71-ci maddələrinə əsasən Azərbaycan dövlətinin yeganə mənbəyi xalqdır, hüquqi dövlətdir, vətəndaşların hüquqlarını qorumağa təminat verir, hər kəsin mülkiyyət, hüquq və azadlıqları və müraciət etmək hüququ vardır, məhkəmədə hüquqların müdafiəsini təminat verir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi, Quba rayon DYP-nın əməkdaşları tərəfindən pozulmuş hüquqlarımı müdafiə edə bilmir. Belə ki, xx.xx.2023-cü il tarixində Quba şəhəri Heydər Əliyev prospekti ilə üzü Köhnə Avtovağzal” istiqamətinə, **-TX-*** Dövlət nömrə nişanlı avtomobililə gəldiyi zaman prospektdə yerləşən işıqfordan yol nizamlayıcı hərəkət zolağı ilə gələrək geriyə dönmək niyyətilə həmin prospektin Bakı istiqamətinə gedən hərəkət zolağına dönmüşdür. Prospektin hər istiqamət üzrə 3 zolağı olduğundan işıqforun olduğu yerdə hər iki istiqamət üzrə sonuncu sol zolaq dönmə əmri ilə işarələnmişdir. Həmin yolun sol dönmə zolağı ilə dönməni həyata keçirdiyi zaman onun zolağının sağ hissəsində olan yük avtomobili də onunla paralel olaraq dönməni həyata keçirməyə (şəkildə həmin yük maşını görsənir) başladı. O, dönməni həyata keçirdiyi zaman həmin yük maşınına ani olaraq 3-5 saniyəlik yol vermək niyyətilə gözləmək məcburiyyətində qaldı. Lakin bu zaman həmin yük maşınının dönməni geniş və daha asta götürdüyü üçün o yoluna davam edərək prospektin üzü Bakı istiqamətində olan hissəsinin orta zolağı ilə hərəkətə başladı. Onun dönməni icra etdiyi zaman işıqforda dönmək qadağandır işarəsi olan qırmızı rəngli işıq siqnalı yanmırdı. Bu səbəbdən də o rahat şəkildə yolunu dönmək üçün tələb olunan zolaq vasitəsilə dönməni həyata keçirdi və göründüyü kimi heç bir qarşıdan gələn nəqliyyat vasitəsinə maniəçilik və ya qəza şəraiti yaratmadı. xx.xx.2023-cü il tarixində səhər saatlarında Bakı şəhərinə getdiyi zaman SMS Radar vasitəsilə barəsində 'YXM-nin 327.2 Svetoforun və ya nizamlayıcmm qadağanedici işarəsi verilərkən hərəkətinə davam etdirilməsi” qanun pozuntusu haqqında EQ17228471 saylı Qərar qəbul edildiyini bildirən bildiriş gəldi. O, bu qərarla razılaşmır. Çünki, qəbul edilmiş EQ 17228471 saylı Qərar qanunsuzdur. Belə ki, “İXM-nin 327.2 Svetoforun və ya nizamlayıcının qadağanediei işarəsi verilərkən hərəkətinə davam etdirilməsi” maddəsi həmin etdiyi hərəkət zamanı, yəni qanunla hərəkət istiqamətini əks istiqamətə döndüyü zaman heç bir qadağan edici Svetofor və ya nizamlayıcının qadağanedici işarəsi tələbini pozmamışdır. Yəni geri dönməni həyata keçirdiyi yerdə ümumiyyətlə belə bir işarə və ya bunu tənzimləyən işıqfor yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayət vermiş X3 və Quba RPŞ–nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə ondan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə X2 və Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına Quba rayon PŞ-nin DYP bölməsi tərəfindən təqdim edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilərkən görünür ki, X1 şəhəri Heydər Əliyev prospekti ilə üzü “Köhnə Avtovağzal” istiqamətinə, **-TX-*** Dövlət nömrə nişanlı avtomobililə gəldiyi zaman prospektdə yerləşən işıqfordan yol nizamlayıcı hərəkət zolağı ilə gələrək geriyə dönmək niyyətilə həmin prospektin Bakı istiqamətinə gedən hərəkət zolağından işıqforun qırmızı işığında hərəkətini davam etdirmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X2 EQ 17228471 saylı protokolun ləğv edilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X2 EQ 17228471 saylı protokolun ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-2216/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2216/2023
27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver