Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-222/2023 25.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Azərbaycan Respublikası DİN Quba rayon Polis şöbəsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, keçid 1, ev 104-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyənetdi: xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 06:00 radələrində Quba rayonu, 1-ci Nügədi kəndində qaynı Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söymüşdür. Məhkəmə iclasında protokol tərtib edən X3 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 07:38-də DİN-nin 102 xidmətindən daxil olmuş məlumata əsasən, Quba rayonu, 1-ci Nügədi kənd sakini Zərərçəkmiş şəxs zəng edərək, Emil (qaynı) adlı şəxsin onun həyətinə icazəsiz daxil olması barədə məlumat vermişdir. S.Əliyev xx.xx.2023-cü il tarixdə, saat 06:00 radələrində Quba rayonu, 1-ci Nügədi kəndində qaynı Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qaynıdı. Yoldaşı Çinarə ondan boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etmiş və hal-hazırda iş məhkəmənin icraatındadı. Çinarə onun azyaşlı oğlu Yusiflə birlikdə Quba rayonu, 1-ci Nügədi kəndində atasının evində yaşayır. Həmin gün o azyaşlı oğlu Yusifi görməyə getmiş və qapını döyüb içəri girərkən qaynanası gəlişinin səbəbini soruşduqda, uşağını görmək istədiyini bildirsə də, ona bu cür gəlməməsi xəbərdarlıq edilmişdir. O dəfələrlə telefon əlaqəsi yaratmaq istəsə də, cavab verilmədiyindən, məcburi halda gəldiyini bildirmişdir. Bu zaman narazılıq etsə də, hər hansı digər qanunazidd əmələ yol verməmişdir. Bir-neçə dəqiqədən sonra polis əməkdaşları gəlmiş və qaynının şikayət etməsi məlum olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs ünvanına söyüş söyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Emillə 2019-cu ildən ailə qurmuş və bir övladı vardır. Xasiyyətləri uyğun gəlmədiyindən, azyaşlı oğlu ilə birgə Quba rayonu, 1-ci Nügədi kəndində atasının evinə gəlmişdir. Uşağı görməyinə etirazı olmamış, lakin səhər tezdən qapıya gəlib söz-söhbət salması narazılıq doğurur. Ailə üzvləri ilə onun arasında mübahisə yaranır. Bu formada gəlib-getməyini istmədiyini bildirmişdir. Məhkəmə protokol tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, Şəxs əməlində fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən, lakin ictimai qaydanı pozan hərəkətlərə yol verilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta hadisəsinin olmadığı müəyyən edilərək, belə nəticəyə gəlir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, hazırki inzibati material üzrətəqdim olunmuş sübutlardan Şəxs hərəkətlərində ictimai qaydanı kobud surətdə pozulması və və cəmiyyətə açıqca hörmətsizlik edilməsi müəyyən olunmur. Ailədə, şəxsi evin həyətində qohumlar arasında şəxsi münasibətlər zəminində başlamış mübahisə hərəkətləri xuliqanlıq kimi tövsif oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53cü, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-222/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-222/2023
25.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver