Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-224/2021 02.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X2, Protokol tərtib edən Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, zərərçəkmiş şəxs X3 nümayəndəsi X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə xx.xx.1966-cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Quba şəhəri, Ə.Nərimanov küçəsi ev 23 saylı ünvanda qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs, maneələrin aradan qaldırılması tələbinə dair Quba Rayon Məhkəməsinin 2(027)- 1757/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə protokol tərtib edən şəxs Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X14 göstərdi ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-1757/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən X1a məxsus Quba şəhəri, ərazisində yerləşən 0,524747 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına borclular X4 və Şəxs tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Bununla əlaqədar icraata başlamaq haqqında qərar qəbul olunmuş, icra sənədinin könüllü icrasının həyata keçirilməsi, əks təqdirdə barəsində məcburi icra tədbiri görüləcəyi barədə borclulara bildirişlə xəbərdarlıq olunmuşdur. İcra sənədinin icrasını təmin etmək üçün xx xxxx 2021-ci il tarixə, saat 11:00-a icra tədbiri təyin olunmuş, bununla əlaqədar bütün müvafiq tədbirlər görülmüş, aidiyyatı orqanların nümayənədlərinin iştirakı təmin olunmuşdur. Həmin vaxt borclular X4 və Qafarov Şahin Tapdıq oğluna icra sənədini icra etmək təklif olunsa da, onlar icra sənədini icra etməyə imkan verməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədini icra etməyəcəklərini bildirmişlər. Ona görə də tərəfindən onlar barəsində inzibati protokol tərtib olunmuşdur. Göstərdilklərini nəzərə alaraq Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 1757/2020 nömrəli, icra sənədini icra etməyə mane olmuşdur. X1 məxsus mübahisəli torpaq sahəsi çoxdandır ki, qardaşı oğlu Taleh Abdullayevin istifadəsində olmaqla orada yaşayırlar, həmin torpaq sahəsinin bir hissəsi onlarındır. Mübahisəli topaq sahəsinə dair heç bir sənədi olmasa da, o, həmin sahənin tələbkara verilməsinə, oradan istifadə etməsinə imkan verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X16 qızının nümayəndəsi X15 izahatında göstərmişdir ki, Məlahət Ağayeva onun həyat yoldaşıdır. Quba rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-1757/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən X5 məxsus Quba şəhəri ərazisində yerləşən 0,524747 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehlər X4 və Şəxs tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Lakin cavabdehlərə icra sənədini icra etmək təklif olunsa da, onlar icra sənədini icra etməyə imkan verməmiş və icra sənədini icra etməyəcəklərini bildirmişlər. Ona görə də mülkiyyət hüuquqlarının bərpa olunmasını, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib edən şəxs X12 və zərərçəkmiş şəxs (tələbkar) X3 nümayəndəsi X9 dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 1757 saylı icra sənədindən görünür ki, X5 məxsus Quba şəhəri ərazisində yerləşən 0,524747 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehlər X4 və Şəxs tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Quba şəhəri, ərazisində yerləşən 0,524747 ha kənd təsərrüfatı təyinatlı topraq sahəsi X4 və Şəxs qanunsuz sahibliyindən geri alınaraq Ağayeva Məlahət Nemət qızına verilməlidir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə baxmayaraq o, icra sənədini icra etməmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinəyetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətdə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh cərimə edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-224/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-224/2021
02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver