Məhkəmə qərarları › İş №3(027)-226/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-226/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-226/2025 11.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 İş üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Quba rayonu, Xınalıq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: 3TRXMPZ, evli, işləməyən, Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(027)-2840/2024 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokola əlavə edilmiş arayışdan göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2840/2024 saylı icra sənədinə əsasən, barışıq sazisində göstərilən tələbləri borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyirinə təmin etməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2025-ci il tarixində daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Borclu Şəxs barışıq sazişi üzrə üzərinə düşən vəzifəni yerinə yetirməsi təklif olunsa da, o üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş icra məmuru X4 izahatında bildirmişdir ki, bir-neçə müddətdir ki, razılaşmayla əlaqədar tərəfləri razılğa gətirmək istəmişdilər. Hətta belə nəticəyə gəlmişdilər ki, qarşı tərəf borcluya pulu versin və ev məsələsi düzəlsin. Buna baxmayaraq bu prosses uzun müddət getsə də heç bir nəticə əldə olunmamışdır. Borclu qərarla razı olmadığını bildirmiş və apellyasiya şikayyəti verməsi barədə bu gün məlumat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, mediasiyada bağlanmış barışıq sazişinin 9-cu bəndinin tələblərini yerinə yetirmədiynə görə o da üzərinə düşən digər öhdəliklləri icra etməmişdir. Həmin tələbə görə ticarət məqsədiylə "xxxx" ASC-dən 25 min kredit götürüblər və tələbkarla belə razılığa gəliblər ki, həmin borcun yarısını o, yarısını tələbkar ödəməlidir. İki dəfə vəkilinə zəng edib ödəniş barədə məlumat verib, lakin heç bir ödəniş edilmədiyindən, məcbur olub bankın ödənişini də özü edib. Hazırda Apellyasiya Məhkəməsinə şikayət verib, məhkəmənin qərarı ilə razı deyil. Qərarı gec əldə etdiyindən şikayəti bu gün vermişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında Şəxs izahatını etiraf edərək bildirmişdir ki, razılaşmada göstərilənlər doğrudur, ödəniş etməməkdə səbəbi o olub ki, Şəxs adına çıxarış çıxarıb evi satmalı və ona düşən payı verməli idi, lakin o bu addımı atmadı hətta ona bu barədə bir hərəkət etməyini dedikdə, ona ev verməyəcəyini bildirmişdi. Hətta ev üçün müştəridə gəlmiş o müştəriləri geri qaytarmışdı. Məhkəmə protokolu tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatını dinləyib, inzibati xəta haqqında protokolu və mülki iş materialını nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 2840/2024 saylı icra vərəqəsinə əsasən, Zərərçəkmiş şəxs ilə Şəxs arasında Quba rayon Mediasiya təşkilatında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Şəxs ilə X1 arasında Quba rayon Notariat Kontorunda bağlanmış 21 may 2013-cü il tarixli, AN-İ ******* saylı, 4Ə/01- 463 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Şəxs satılmış Quba rayonu, Timiryazev kəndində yerləşən 0,025 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini bazar dəyərində satılaraq, onu dəyəri yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarıyarıya bölünəcəkdir. İkinci tərəf - Şəxs razılaşır və öhdəlik götürür ki, birgə, nikah dövründə əldə edilmiş əmlak olan Şəxs ilə X1 arasında Quba rayon Notariat Kontorunda bağlanmış 21 may 2013-cü il tarixli, AN-İ ******* saylı, 4Ə/01-463 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Şəxs satılmış Quba rayonu, Timiryazev kəndində yerləşən 0,025 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə bu razılaşmanın birinci bəndinə uyğun satılması üçün hüquqlarını dövlət qeydiyyatına alacaq, yəni həmin əmlaka (ev və torpaq sahəsinə) daşınmaz əmlakın dövlət reyestrindən (ən geci 3 ay ərzində) çıxarış alacaqdır. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18 oktyabr 2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Şəxs adına qeydiyyatdan keçmiş Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.0170 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində yerləşən mağaza binasının (qeyri yaşayış obyekti) bazar dəyərində satılaraq, onun dəyəri, yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Şəxs adına qeydiyyatdan keçmiş “HYUNDAİ SONATA” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bazar dəyərində satılaraq, onu dəyəri yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı- yarıya bölünəcəkdir. İkinci tərəf - Şəxs razılaşır ki, həmin əmlaklara dövlət reyestrindən bu razılaşmanın 2-ci bəndində göstərilən müddətdə öz adına çıxarış alacaq, həmin əmlakların satışına heç bir maneə yaratmayacaq. İkinci tərəf - Şəxs razılaşır ki, bu sazişdə qeyd edilən bütün əmlaklara dövlət reyestrdən çıxarış alandan sonra 6 ay ərzində əmlakların satışı həyata keçirtəcək və onun satışına maneə olmayacaq. Tərəflər qəbul edirlər ki, bu barışıq sazişində göstərilən əmlaklar birgə nikah dövründə əldə olunmuş əmlaklardır. Tərəflər razılığa gəlirlər ki, yuxarıda göstərilən birgə yaşayış dövründə əldə olunan əmlakların satışı (qiyməti) hər iki tərəfin razılığı və iştirakı ilə həyata keçiriləcəkdir. Tərəflər razılaşırlar ki, barışıq sazişi təsdiq edildiyi gündən Zərərçəkmiş şəxs ilə “KNPS-Grup” arasında bağlanmış 19 mart 2024-cü il tarixli kredit müqaviləsi üzrə illik 18%, 36 ay müddətinə alınmış 25000 (iyirmi beş min) manat məbləğində kredit üzrə öhdəlikləri yarı-yarıya icra edəcəklər. Bu barışıq sazişinin şərtlərinin icra olunmamasına görə tərəflər məsuliyyət daşıyır İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, icra sənədi xx.xx.2025-ci il tarixində icra məmuru Rauf Quliyevin icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Şəxs, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2840/2024 saylı qərardadını xx.xx.2025-ci il tarixində əldə edərək, həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Qeyd edilən maddə ilə inzibati xəta tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsində ifadə olunan hər hansı qərəzli hərəkət və hərəkətsizlik müəyyən edilmir. Beləliklə də, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən olunmur və ona görə də qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar