Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-228/2021 04.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1983-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayonu, Aşağı-Atuc kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2021-ci il tarixdə saat 16 radələrində X2 yumruqla sifət nahiyyəsindən vuraraq ona fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, X4 həmkəndlisidir. 11 yanvar 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı Quba rayonu, Aşağı-Atuc kəndində spirtli içki qəbul etdiyindən Elvin Yarıyevlə aralarında mübahisə yaranmışdır. Həmin vaxt Elvin ünvanına söyüş söydüyündən əsəbləşib yumruqla Elvinin sifət nahiyyəsinə vurmuşdur. İnzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. O, zərərçəkmiş şəxs X4 ilə barışmışdır, Elvin Yarıyevin ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, Şəxs həmkəndlisidir. xx xxxxxx 2021-ci il tarixdə, saat 16 radələrində yaşadıqları Quba rayonu, Aşağı-Atuc kəndində, evlərinin yanında Şəxs ədəbsiz hərəkət etdiyinə və o onun bu hərəkətinə iradını bildirdiyinə görə aralarında mübahisə yaranmışdır. Həmin vaxt Əlibaba onun və anasının ünvanına söyüş söymüş, yumruqla sifət nayihhəsinə vurmuşdur. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 22 saylı rəyindən görünür ki, Yarıyev Elvin Elçin oğlunun üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, o, hal-hazırda Şəxs ilə barışmışdır, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs da haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə əsasən müvafiq olaraq o cümlədən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.9, 110-114, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Zərərçəkmiş şəxslə barışması əsasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-228/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-228/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver