Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-228/2022 17.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, xx.xx.1982-ci ildə Quba rayonu, Dərk kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Dərk kəndində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 05 yanvar 2022-ci il tarixdə, saat 12:10 radələrində atasından ona yadigar qalmış 16 kalibirli, NX14171 nömrəli, iki lüləli, heç bir rəsmi sənədi olmayan mülki ov silahını saxlamışdır. Bununla bağlı Quba rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 25 fevral 2022-ci il tarixli, MN ******* nömrəli protokol materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Quba rayon Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Quba rayon Polis şöbəsində izahat verərək bildirmişdir ki, yaşadığı ev babası Qubata məxsusdur. Atası 2001-ci ildə anası isə 2018-ci ildə vəfat etdiyindən həmin evdə atasından qalma bir ədəd qoşa lüləli ov tüfəngi olub. Atasının deməsinə görə həmin tüfəng onun babasından qalıb. O da həmin tüfəngi atasından yadigar kimi saxlayıb. Tüfəngdən yalnız yeni il bayrmında 31.12.2021-ci il tarixdə atəşfəşanlıq kimi bir dəfə havaya atəş açmışdır. Tüfəngə dail heç bir sənədi yoxdur. Həmin tüfəngin babasından qaddığını isə ona atası bildirmişdir. 05.01.2022-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evə gəlib onda qanunsuz ov silahının olmasını bildirib həmin silahı könüllü təhvil verməsini bildirmişlər.O da bundan sonra evdə saxladığı atasından qalma həmin silahı sahə rəisi Namus Zülfüqarova təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş 04.02.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Qonaqkənd PB-nin polis sahə rəisi Namus Zülfüqarov tərfindən Quba rayon Dərk kənd sakini Şəxs bir ədəd qoşa lüləli 16 mm kalibirli, NX 14171 nömrəli mülki silahın aşkar olunub götürülməsi təstiq olunmuşdur. Göründüyü kimi Şəxs atasından ona mias qalan və heç bi r rəsmi sənədi olmayan mülki silahın aşkar olunması faktiında cinayət tərkibi deyil, Arərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətasının tərkibi vardır.Odur ki, Şəxs hərəkətlərində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, əməlindən peşman olmasını Şəxs təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, qanunsuz saxladığı 01 ədəd 16 kalibirli, NX14171 nömrəli, 02 lüləli ov tüfəngi müsadirə edilməklə Şəxs 80 (səksən) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, qanunsuz saxladığı 01 ədəd 16 kalibirli, NX14171 nömrəli, 02 lüləli ov tüfəngi müsadirə edilməklə barəsində 80 (səksən) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-228/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-228/2022
17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver