Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-228/2024 28.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN6 xxxxxxx, Quba rayonu Alpan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daxil olmuş 28 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Qubadlı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(028)-257/2020 saylı və xx.xx.2021-ci il tarixli, 2(028)-40/2021 saylı icra sənədlərini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahatında bildirmişdir ki, Qubadlı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(028)-257/2020 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qubadlı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli. 2(028)- 40/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İş üzrə borclu Şəxs aliment üzrə hal-hazırda 835 manat məbləğində borcu mövcuddur. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Əlavə edərək həmin borcun 1880 manat borca görə həbs edildikdən sonra 1045 manat ödəniş etməklə qalıq borc olmasını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, icra məmurunun onun barəsində tərtib etdiyi prokola etiraz edir, həmin xətaya görə o, 8 gün həbs cəzası çəkmişdir. Sonra aliment ödənişi etmiş, hal-hazırda yüksək məbləğdə borcu yoxdur. O qeyd olunan icra sənədini icra etməkdən yayınmır. Lakin borcunu bir dəfəyə ödəmək imkanı yoxdur və tədricən borcunu ödəyəcəkdir. Əlavə edərək fevral ayı ərzində 4 dəfə ödənişlər etdiyini, həmin məbləğin borcundan və aylıq ödənişdən çıxıldığını bildirmişdir. Məhkəmə protokolu tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və mülki iş materialını nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)-257/2020 saylı icra vərəqəsindən görünür ki, Şəxs hər ay 170 manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq tutulub xx.xx.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(028)-40/2021 saylı icra sənədinə əsasən Şəxs hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq tutulub xx.xx.2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 42451/22;121610/22-03 №-li arayışından görünür ki, Şəxs aliment üzrə 835 manat aliment borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında qərar”ların surətindən göründüyü kimi, qeyd edilən icra sənədi N.Əmrullayevin icraatına daxil olmuş və həmin tarixdə icra işi başlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli bildirişlərin surətindən göründüyü kimi, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)-257/2020 saylı və xx.xx.2021-ci il tarixli, 2(028)-40/2021 saylı icra sənədinin icrası barədə borcluya rəsmi məlumat verilmiş, xx.xx.2021-ci il tarixli bildirişi borclu şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə araşdırması zamanı icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında qərarın olduğu məlum olmuşdur. Belə ki, Qubadlı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(028)-257/2020 saylı və xx.xx.2021-ci il tarixli, 2(028)-40/2021 saylı icra sənədlərinin icra edilməməsi və icra məmurunun tələblərini yerinə yetirilməməsi səbəbilə 1880 manat borcu olması müəyyən edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2023-cü il tarixdə ******* №li protokola əsasında Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(027)-2202/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta barədə hakimin qərarı mövcud olduğundan, qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-228/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-228/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver