Məhkəmə qərarları › İş №3(027)-229/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-229/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-229/2025 13.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs X1, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1993-cü il təvəllüdlü, Zaqatala rayonu, Bazar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Zaqatala rayonu, Bazar kəndində ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə öz kart hesabına 160 manat pul köçürtdürərək Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. Ona görə də Quba RPŞ-nin, İTB-nin sahə rəisi polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 13 mart 2025-ci il tarixli inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, zərərçəkmiş şəxsə su çəninin satacağını vəd edərək xx.xx.2024-cü il tarixdə öz kart hesabına 160 manat pul köçürtdürərək ona qarşı dələduzluq etmişdir. Əməlindən peşmandır və bir daha belə əməl etməyəcəyini bildirib ona həbs verilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Həyətində isyifadə etmək üçün su çəninə ehtiyacı olmuş, lalafo saytında plastik su çəni satışı adlı istifadəçi qarşısına çıxmış, həmin şəxslə əlaqə saxlamış, özünü Malik Musayev kimi təqdim edən şəxs su çənini Quba rayonuna özünün tanıdığı avtomobillə göndərəcəyini bildirmiş, 5 ədəd su çəninə hər biri 40 manatdan olmaqla 200 manata razılaşmışdır. Pulun 160 manatını ***-***- **-** nömrəsindən vatsapla 4098 5844 6452 2703 nömrəli karta atmasını bildirmiş, qalan məbləği isə su çənləri çatdıqdan sonra ***-***-**-** nömrəsinin istifadəçisi olan Arif adlı şəxsə verəcəyini bildirmişdir. O da Birbank proqramı vasitəsilə ona göndərilmiş olan karta 160 manat pul göndərmişdir. Daha sonra Arif adlı sürücü ilə danışmış, Arif də su çənlərinin yükləndiyini, Sumqayıtdan çıxdığını bildirmişdir. O, Arifə təkrar zəng etmiş, lakin zəngləri açmamışdır. Malikə zəng edərək sürücünün cavab vermədiyini bildirmiş, o da ona narahat olmamağı, ona zəng edəcəklərini demişdir. Sonradan anlamışdır ki, həmin şəxslər onu aldatmışdır. Mail Msayev barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Quba Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-1/110 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Şəxs Şücayət oğlunun barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, protokolu və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Həmin inzibati həbsin başlanğıcı 13 mart 2025-ci il tarixdən, saat 01:05-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə təqsirli bilinərək, barəsində 25 (iyirmi beş) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 13 mart 2025-ci il tarixdən, saat 01:05-dən hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar