Məhkəmə qərarları › İş №3(027)-2296/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2296/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2296/2023 06.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X3 və Azərbaycan Respublikası AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Oktay Allahverdiyevin iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli X6 haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 aprel 2023-cü il tarixli, MN1290560 saylı «X6 haqqında» Qərarımın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X2 şəxsi mülkiyyətində olan Quba rayonu Talabı Qışlaq kənd ərazisində Vəlvələ çay yaxınlığında yerləşən Qum-çınqıl karxanasının iş icraçısıdır. Uzun müddətdir ki karxana fəaliyyət göstərmirdi, davamlı olaraq işləmir. 18 aprel 2023-cü ildə Karxananın fəaliyyətini yoxlamaq məqsədi ilə işlətmək istəmişlər. Elə bu zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən gələn vəzifəli şəxslər yoxlama aparıb aşkar etdilər ki, iş prosessi zamanı xammal yuyulub, istehsalat prosesində yranan çirkli su isə Vəlvələ çayına axıdılıb. Onun bu prosessdən xəbəri olmayıb, yəni çirkli suyun çaya axıdılması prosesini görməmişdir. O, elə oradaca 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən gələn nümayəndələrə izahat yazmışdır, bu prosessdən xəbəri olmadığını bildirmiş və aşkar edilən bu pozuntunun təsadüfən olduğunu nəzərə alınmasını xahiş etmişdir. İstehsal prosessi zamanı işində daha ayıq-sayıq olacaq, belə hallara bir daha yol verməyəcəyini bildirmişdir. Sonradan məlum olmusdur ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən gələnlər bu prosessin təsadüfü və birinci dəfə olduğunu, onun izahatını və xahişini, səmimi etirafını nəzərə almayaraq. 25 aprel 2023-cü il tarixli, MN1290560 saylı «X6 haqqında» Qərarı ilə İXM-nın 264.0.1-ci maddəsinə əsasən onu təqsirli bilib 2500 (iki min beş yüz) manat məbləğində cərimə etmişlər. Qərar ona vaxtında təqdim olunmamış, sonradan qərarın surəti Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən onun telefonuna göndərilmişdir. O, telefonuna gələn məlumatdan bu məsələni bilmişdir. Cəriməni vaxtında yəni qanunla müəyyən olunmuş müddətdə ödəmədiyinə görə keçmiş vaxta görə 1500 (bir min beş yüz) manat da dəbbə pulu hesablanmaqla ona tətbiq olunan cərimənin məbləği 4000 (dörd min) manata çatdırılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 aprel 2023-cü il tarixli, MN1290560 saylı «X6 haqqında» Qərarı ləğv edilməlidir. Qərar yazılan zaman, bu prosesin yəni çirkli suyun Vəlvələ çayına axıdılması prosessinin birinci dəfə və təsadüfən olduğunu, onun bu haqda səmimi etirafını, 18 aprel 2023-cü ildə verdiyi izahatda yazdıqlarının heç biri nəzərə alınmamışdır. Məhkəmə iclasinda Azərbaycan Respublikası AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Oktay Allahverdiyev protokolu və protokol əsasında tərtib olunmuş qərarı müdafiə edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. İş materiallarında olan 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və xx.xx.2023-cü il tarixli, ******* nömrəli X6 haqqında qərardan görünür ki, Quba rayonu Talabıqışlaq kəndi ərazisində X2 istifadəsində olan Vəl-vələçay qum-çınqıl karxanasında istehsal prosesi zamanı formalaşan çirkab suları çökdürülmədən iş icraçısı X4 tərəfindən birbaşa Vəl-vələçaya axıdılmışdır. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin tələblərini pozaraq, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə inzibati məsuliyyətə cəlb etmişdir. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli X6 haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar