Məhkəmə qərarları › İş №3(027)-2297/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-2297/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-2297/2023 02.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən Quba rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba RPŞ tərəfindən tərtib edilən İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, arəmdə Azərbaycan Respublikası İXM-nın 332.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ 16928993 nömrəli qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında əlavə olunmuş materialları araşdırıb hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, X2 şikayətin baxılmasına əsas olan sübutları şikayətinə əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-6.2-ci maddəsinə əsasən Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə elektron qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə elektron qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba RPŞ tərəfindən tərtib edilən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2012-ci il tarixli inzibati xəta haqqında qərarından X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba RPŞ tərəfindən tərtib edilən İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarından X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar