Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2314/2023 13.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə X2 Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X4 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN Quba RPŞ DYPBnin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, istifadəsində **-BJ-*** dövlət nömrə nişanlı avtomaşın vardır. 27 oktyabr 2023-cü il tarixdə idarə etdiyi avtomaşınla saat 900 radələrində Quba şəhəri Fətəlixan küçəsi ilə hərəkət edib, yolda “düzünə hərəkət qadağandır” işarəsi olduğundan idarə etdiyi avtomobillə sağa M.Əcəmi küçəsinə manevr etmişdir. Sağa dönüb hərəkət edərkən onu Quba rayon X7 Xidmətinin əməkdaşları saxlayıb M.Əcəmi küçəsinə “giriş qadağandır” nişanın göstərib onun AR İXM-nin 327.2-.3.1-ci maddəsinin tələblərini pozduğunu və inzibati qaydada 80 manat cərimə olunduğunu bildirmişlər. O Yol Patrul Xidmətinin əməkdaşlarına bildirmişdir ki, Fətəlixan küçəsindən M.Əcəmi küçəsinə dönən hissədə “düzünə hərəkət qadağandır” nişanı var və o da həmin yol nişanına görə sağa M.Əcəmi küçəsəsinə dönmüşdür. Polis işçiləri onun irəli sürdüyü dəlillərə əhəmiyyət verməyib sms vasitəsilə ona AR İXM nin 327.2.3.1 -ci maddəsi ilə 80 manat cərimə olunması barədə protokol gəlmişdir. O da X7 Xidmətinin qərarı ilə razılaşmır, onların qəbul etdiyi qərardan şikayət vermişdir. Onun şikayətinə əlavə subut kimi hadisə yerinin kamera çıxarışlarından görünür ki, Quba şəhəri, Fətəlixan küçəsi ilə M.Əcəmi küçəsinə dönən hissəsində “düzünə hərəkət qadağandır” işarəsi vardır. Belə bir vəziyyətdə onun yol hərəkəti qaydalarının pozması barədə tərtib edilmiş Qərar statuslu protokol qanuna ziddir. Qeyd etmək istəyir ki, bu iş üzrə araşdırma aparılmamış əsassız olaraq o inzibatı məsulliyyətə cəlb edilərək cərimə olunmuşdur. Ona görə də barəsində tərtib edilmiş protokol və qərar ləğv edilməlidir. Quba rayon X7 Xidmətinin 27 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilərək, barəsində olan inzibati icraat haqqında işin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X4 ərizəsinin məzmununa uyğun izahat vermiş və protokol tərtib edilərkən avtomobildə ailə üzvləri olduğu üçün inspektora hər hansı irad bildirmədən, tələsdiyini qeyd edərək hərəkətinə davam etdiyini bildirmişdir. Əlavə edərək həmin ərazidə yol nişanlarının düzgün quraşdırılmadığını, belə ki, sağa dönməni qadağan edən nişanın Fətəlixan küçəsində qoyulmalı olduğunu, sağa dönərkən artıq M.Əcəmi küçəsində “giriş qadağandır” nişanı hərəkət istiqamətinin sağında qurulduğu üçün görə bilmədiyini və ona görə də birbaşa sağa dönmə əməliyyatı icra etdiyini bildirmiş və ona görə də, qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-ə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 RPŞ DYPB tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 manat cərimə edilmiş, qərar həmin tarixdən qüvvəyə minmişdir. İş materiallarına şikayətçi tərəfindən əlavə edilmiş X3 327.2-ci maddəsi ilə qərar qəbul edilməsinə əsas olmuş inzibati xətanın baş verdiyi yolun hərəkət istiqaməti üzrə foto görüntülərdə həmin ərazidə Fətəlixan küçəsində birtərəfli yolun qurtaracağını müəyyən edən “5.6” nişanı və M.Əcəmi küçəsində girişin qadağan olduğunu müəyyən edən “3.1” qadağan yol nişanının olduğu müəyyən edilir. Göründüyü kimi, şikayətçi “5.6” yol nişanını “düzünə hərəkət qadağandır” kimi təfsir etməklə avtomobilini hərəkət etdiyi Fətəlixan küçəsindən girişin qadağan olduğu M.Əcəmi küçəsinə istiqamətləndirmişdir.Halbuki, 5.6” yol nişanını birtərəfli yolun qurtaracağını bildirən məlumatvericigöstərici yol nişanıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64.3-cü maddəsinə əsasən qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayətçinin təqdim etdiyi fotoşəkildə “3.1” nişanı məhdudiyyətin qoyulduğu küçənin bilavasitə qabağında quraşdırılmaqla inzibati xətaya X2 münasibəti subyektiv cəhətdən təqsirin ehtiyatsızlıq formasda biruzə vermişdir. Belə ki, X2 ifadəsində də göründüyü kimi, bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdir. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Qeyd edilən Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü mddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, nəqliyyat vasitəsini idarə edən X4 bir “3.1” qadağan yol nişanının tələbinə riayət etməyərək hərəkəti davam etdirdiyindən, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar faktiki əsaslar olmaqla, habelə qərar qəbul edilməsinə etirazını bildirmədiyindən, qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tənzimləməyə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X2 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-2314/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2314/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver