Məhkəmə qərarları › İş №3(027)-2326/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2326/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2326/2023 03.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1958-cü il tarixdə ünvan 1i anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Quba rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2(027)-58/2017 nömrəli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən xx.xx.2023-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev protokolu müdafiə edərək bildirmişdir ki, Quba rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-58/2017 saylı icra vərəqəsinə əsasən Şəxs RX seriyalı ,0823307 nömrəli,Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Zərərçəkmiş şəxs Xüsusi mülkiyyətində olan 0,219833 hektar kənd təəsrrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. Torpaq sahəsində Şəxs tərəfindən qeyri qanuni tikilmiş tikililər borclunun hesabına sökülməlidir. Quba rayon məhkəməsinin 2(027)- 58/2017 nömrəli, 05 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri büçün tələb edilən cəmi 100 manat pul Şəxsov Feyzulla oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM ,VÖEN ********** ,müxbir hesab AZ 41 NABZ **********00003944 SWİFT BİK CTREAZ 22,hesab nömrəsi “ AZ34CTRE ********************) keçirilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu borclu Şəxs özünə aid edilməlidir.İddia ərizəsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 15,40 manat dövlət rüsumunun əvəzi borclu Şəxs tutularaq, Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Borclu Şəxs rəsmi bildiriş göndərilmişdir. Məlumat üçün bildirirəm ki,qeyd olunan məhkəmə qərarının icrası ilə bağlı borclu Şəxs rəsmi və şifahi şəkildə xəbərdarlıq olunmasına baxmayaraq, məhkəmə qərarını qərəzli şəkildə icra etmir və qeyri-qanuni tikilmiş tikililəri öz hesabına sökməkdən imtina edir. Bu gün yenidən borclu Şəxs Quba Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və izahatı alınmışdır.O.öz izahatında barəsində çıxarılmış məhkəmə qərarını icra etməyəcəyini təkrarən bildirmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, hazırda qeyd olunan icra vərəqəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin icraatında mülki iş vardır. O ş yekunlaşmamışdır. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Quba rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2(027)-58/2017 nömrəli icra sənədinin icrası Şəxs tərəfindən təmin olunmamışdır. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, iş materiallarında olan portaldan çıxarışdan görünür ki, Şəxs iddia ərizəsi əsasında Sumqayıt İnzibati Məhkəməsinin icraatında e-2-1(118)-3262/2023 saylı inzibati iş vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi müəyyən olunmur. Belə ki, hazırda Şəxs iddia ərizəsi əsasında hazirki icra sənədi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin icraatında e-2- 1(118)-3262/2023 saylı inzibati iş vardır. Quba rayon Məhkəməsinin 2(027)-58/2017 nömrəli, 05 iyul 2017-ci il tarixli icra sənədinin icrası Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra davam etdirilməlidir. Çünki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan iş ilə Quba rayon Məhkəməsinin 2(027)-58/2017 nömrəli, 05 iyul 2017-ci il tarixli qətnaməsi eyni predmetlə bağlıdır. Ona görə də, Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırki mərhələdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar