Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-235/2021 29.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Quba rayonu YPX-nin inspektoru S.Məmmədovun TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə Müəyyən etdi: Quba rayonu YPX-nin TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Hal-hazırda X3 ərizə ilə Quba rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib olunmuş Quba rayonu YPX-nin inspektoru S.Məmmədovun TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X3 şikayətində göstərmişdi ki, o, Quba rayonu Qımıl-Qışlaq kəndində yaşayır. X4 qızı yaşlı olduğundan sonra vaxtlar tez-tez xəstələnirdi. Sonuncu dəfə anası yenidən xəstələndiyi üçün xx xxxxxx 2020-ci il tarixdə anasını Quba rayon Mərkəzi Xəstəxanasına aparmışdır. xx xxxxxx 2020-ci il tarixdə anası Quba rayon Mərkəzi Xəstəxanasında ölmüş, onu kəndə aparıb dəfn etmişdir. Bu barədə xəstəxanadan arayış verilmişdir. Bundan sonra ölüm haqqında şəhadətnamə almaq üçün yaşadığı kəndin icra nümayəndəliyinə müraciət etmişdir. Ona anasının adına ölüm haqqında şəhadətnamə almaq üçün öldüyü xəstəxanadan arayış lazım olduğu bildirilmişdir. Anası Quba rayon Mərkəzi Xəstəxanasında öldüyü üçün oradan arayış lazım olduğundan, Quba rayon X10 şəhərində yerləşdiyi üçün, Quba şəhərinə giriş də məhdudlaşdırıldığı üçün, Xəstəxanaya getmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli xüsusi karantin rejimin sərtləşdirilməsi haqqında Qərarına uyğun olaraq 8103 nömrəsi 2 nömrəsinə şəxsiyyət vəsiqəsinin nömrəsini göndərmiş. Ona həmin xidmətdən çölə çıxmaq barədə 10:49-da sms icazə bildirişi gəlmişdi. Bundan sonra o, Quba şəhərinin girişində, Quba Regional ASAN Xidmət mərkəzinin yanında quraşdırılmış stasionar karantin postuna yaxınlaşaraq, anasına ölüm haqqında şəhadətnamə almaq üçün Quba rayon Mərkəzi Xəstəxanasından arayış almaq lazım olduğunu bildirmiş. Buna görə Quba rayon Mərkəzi Xəstəxanasına getdiyini bildirmiş. Hətta bu barədə ona icazə ilə bağlı göndərilmiş sms bildirişini polis əməkdaşına təqdim etmiş. Postdakı polis əməkdaşı ona şəhərə girişə icazə verilmədiyini bildirdi və postun yanında olan digər əməkdaşa yaxınlaşmağını qeyd etdi. O, həmin əməkdaşa yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etmiş. Həmin əməkdaş ona 200 manat məbləğində cərimə yazıldığı və geri qayıtmağını bildirdi. Onun barəsində Quba rayon YPX inspektoru polis serjantı X8 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə yazılmış TP ******* nömrəli inzibati tənbeh vermə haqqına qərara əsasən o, guya xx xxxxxx 2020-ci il tarixdə saat 11:46-da idarə etdiyi “Mersedes Benz E70 CDİ” markalı, **-DL-*** nömrəli avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmiş və 200 manat məbləğində cərimə olunmuşdur. Qeyd etmək istəyir ki, barəsində tərtib edilmiş qərar qanunsuz və əsassızdır və heç bir məntiqə sığmır. Quba rayon YPX inspektoru polis serjantı X8 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə yazılmış TP ******* nömrəli inzibati tənbeh vermə haqqına qərar ona görə əsassızdır ki, o, Quba şəhərinə anamın ölüm haqqında şəhadətnamə almaq üçün ölüm haqqında rəy almaq üçün gəlmişdi. Quba şəhərinə daxil olarkən Azərbaycan Respublikası Nazirlə Kabinetinin xx xxxxxx 2020-ci il tarixli xüsusi karantin rejimin sərtləşdirilməsi haqqında Qərarına uyğun olaraq 8103 nömrəsi 2 nömrəsinə sms göndərərək və çölə çıxmaq barədə icazə sms gələndən sonra çıxmış. Belə ki, məhkəməyə təqdim edəcəyi ona gələn sms-dən çıxarışdan görünür ki, ona icazə sms l0:49-da gəlmiş və onun şəhərdə hərəkət üçün 3 saat ərzində icazəsi vardır. O, bundan sonra karantin postuna yaxınlaşmış və barəsində yazılmış qərarın saatından da görünür ki, barəsində qərar ll:46-da tərtib olunmuşdur. Yəni o, çölə çıxmaq haqqında icazənin qüvvədə olduğu müddətdə barəsində qərar tərtib olunmuşdur. Tərtib olunana qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli xüsusi karantin rejimin sərtləşdirilməsi haqqında Qərarın 2.6-cı bəndinə ziddir. Polis əməkdaşlarının icazəsi olduğu halda onu Quba şəhərində buraxmaması bir qanunsuzluq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati qərarla cərimə edilməyi ikinci qanunsuzluqdur. Belə olan haldan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib olunmuş qərar qanunsuzdur. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Bu məsələ ilə bağlı ona kömək olunmasını və barəsində tərtib edilmiş Quba rayonu YPX-nin inspektoru S.Məmmədovun TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi məhkəmədən xаhiş еdilmişdi. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə X2 və Quba rayon PŞ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X2 Quba rayonu YPX-nin TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayəti təmin edilməməlidir. Belə ki, iş materialından görünür ki, X3 xx.xx.2020-ci il tarixli yaşayış yerini tərk etməsi barədə icazə almış və xx.xx.2020-ci il tarixldə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə edilmişdir. İş materiallarından görünür ki, X1 rayonu, Qımıl-Qışlaq kəndində qeydiyyadadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, X2 xx.xx.2020-ci il tarixdə yaşadığı Quba rayonu, Qımıl- Qışlaq kəndində yaşayış yerini tərk etməsi barədə icazə almış və Quba şəhəri ərazisinə daxil olaraq karantin qaydalarını pozmuşdur. X1 rayonu, Qımıl-Qışlaq kəndində qeydiyyada olduğu üçün Quba şəhərinə daxil olması xüsusi karantin qaydalarına ziddir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxxxx 2020ci il tarixli qərarına əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) girişçıxış dayandırılmışdır. Şərh edilənlərə əsasən, məhkəmə Quba rayonu YPX-nin inspektoru Samir Məmmədovun TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 ərizənin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76, 84 və 128.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası Quba rayonu YPX-nin inspektoru Samir Məmmədovun TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-235/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-235/2021
29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver