Məhkəmə qərarları › İş №3(027)-2350/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-2350/2023

08.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-2350/2023 08.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu X4 şikayətini nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: X2 Rayon Məhkəməsinə şikayət verərək, Xaçmaz Rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 xx.xx.2023-cü il tarixli, MN 14404418 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti nəzərdən keçirib, hesab edirəm ki, X1 geri qaytarılmalıdır. Belə ki, şikayətdə Azərbaycan Respublikası Xaçmaz Rayon 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 xx.xx.2023-cü il tarixli, MN 14404418 saylı qərarının X6 tərəfindən nə vaxt əldə edilməsi, qərardan şikayət vermə müddətinin ötürülüb-ötürülməməsi barədə məlumat qeyd olunmamışdır. Qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, X1 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 qaytarılsın. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar