Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-236/2025 11.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X8 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi : X6 inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X8 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında həmin işin icraatına xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 5 X8 və Təbbi Sərvətlər İdarəsinin rəisi X5 16 yanvra 2025-ci il tarixli MN "№ ******* saylı "İnzibati tənbeh vermə haqqında " qərarı ilə Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində inzibati cərimə edilmişdir. Qərarın surətini xx.xx.2025-ci il tarixdə evinə gələn zaman qonşu qapıda ona vermişdir. Ona görə də həmin qərardan şikayətin verilməsi müddəti də bu gündən hesablanmalıdır. Bu qərarı tamamilə qanunsuz,əsassız və sifarişli hesab edir. Belə ki, qərar da göstərilmişdir ki,tərtib edilmiş xx.xx.2025-ci il traixli ******* saylı protokol tərtib edilmişdir. İş materialları araşdırılan zaman müəyyən edilmişdir ki, guya o, Quba rayonu, Talabıqışlaq kəndi yaxınlığından keçən Vəlvələ çayın sol sahilində İ. Vəliyevə məxsus karxananın iş icraçısı olmaqla qum-çınqıl qarışığı götürmüş və yerin təkindən istifadə qaydalarını pozmuşdur. O, heç bir vaxt qeyd olunan ərazidən qum-çınqıl götürməmiş və təbiətə heç bir zərər vurmamışdır. Onun qum-çınqıla da heç bir ehtiyacı olmamışdır. O, heç bir zaman iş icraçısı olmamışdır. Quba rayonu, Talabiqışlaq kəndi yaxınlığından keçən Vəlvələ çayın sol sahilində karxana İ. Vəliyevə məxsusdur və onun orada hər hansı fəaliyyəti rəsmi, qeyri-rəsmi subut olunmalıdır. Karxana sahibi ola-ola o, necə iş icraçısı ola bilər. Karxananın İ. Vəliyevə aid olması hər hansı sənəd ilə təsdiq edilmişdirmi? Bu gün də İ. Vəliyev yerin təkindən necə gəldi istifadə edir. Bunu görən məmur tapılmır. Əgər qul-çınqıl götürülübsə kaxana sahibi niyə cərimələnməmişdir. Onun iş icraçısı olmağını necə müəyyən ediblər. Bu adi qaydada düşünülməmiş qurulan uşaq oyunudur. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X8 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı üzrə cərimə şikayət verənin qardaşı Kənan Əlicanov tərəfindən ödənilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayət verən şəxs X4 məlumat verilsə də, şikayət verən şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, şikayət verən şəxsin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdir Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X8 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X2 rayonu, Talabıqışlaq kəndi yaxınlığından keçən Vəlvələ çayın sol sahilində İ.Vəliyevə məxsus karxananın iş icraçısı K.Əlicanov tərəfindən qanunsuz qum-çınqıl qarışığı götürülmüş yerin təkindən istifadə etməklə Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanə törətdiyinə görə 2500 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X8 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 2500 manat məbləğində cərimə X6 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsasən, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X8 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə cərimənin ödənilməsini təqsir etirafı kimi qiymətləndirir. Səlahiyyətli orqan mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaqla inzibati xətanı törədən şəxsi müəyyən edilməsi mümükünlüyü üzrə nəticəyə gəldiyindən, şikayət təmin edilməməlidir. Qeyd olunanalara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X8 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X8 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-236/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-236/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver