Məhkəmə qərarları › İş №3(027)-2363/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2363/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2363/2023 07.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Quba RPŞ-nin, İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X5 iştirakı ilə xx.xx.1992-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Quba rayonu, Talabıqışlaq kəndində qeydiyyatda olmaqla Quba rayonu, Timiyazev qəsəbəsində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 04:00 radələrində Quba şəhərində yerləşən “Starapraqa” adlanan kafedə vətəndaş Zərərçəkmiş şəxsın sol yanağından sillə ilə vuraraq fiziki ağrı yetirmişdir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, X3 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 12 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərar əsasında Quba RPŞ-nin, İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN 1839725-7135 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 02.102023-cü il tarixdə, saat 01 radələrində Quba şəhərinin Vaqif küçəsində yerləşən “Starapraqa” adlanan kafenin birinci mərtəbəsində tək oturub pivə içirmiş. Ondan bir az sonra kafeyə Nurlan, Nərmin və sonradan adını Nuriyə kimi bildiyi bir qız gəlib bir stolda oturmuşlar və Nərmin onu öz stollarına dəvət etmişdir. Saat 04 radələrinə kimi onlarla bir stol arxasında oturub adi söhbətlər edib pivə içirmişlər. Qalxıb getmək istədikdə 40 manat hesab gəlmişdir. Nərmin demişdir ki, adama 10 manatdan hesabı versinlər. o da demişdir ki, siz öz hesabınızı verin mənim payıma düşən 10 manatı sonra vercəm. Bundan sonra Nərminlə aralarında söz mübahisəsi yaranmış, Nərmin sərxoş vəziyyətdə uca səslə danışdığından əsəbləşərək Nərminin yanağıdan sillə ilə vurmuşdur. Nərmində 102 xidmətinə müraciət edərək ondan şikayət etmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Nərminin ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs 4-5 ay bundan qabaq tanımışdır. xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində Quba şəhəri, Vaqif küçəsində yerləşən “Starapraqa” adlanan kafeyə pivə içmək üçün rəfiqəsi Nuriyə və tanışı Nurlanla gəlmişdir. Həmin vaxti kafedə əvvəlcədən Tanıdığı Rövşəndə orda oturub pivə içiridi. O Nurlanı görəndə bir yerdə oturmağı təklif etmiş. Nurlan da onlarla bir yerdə oturub pivə içmişlər. Daha sonra həmin gün saat 04 radələrində qalxıb getmək istdikdə 40 manat hesab gəlmişdir. Təklif etmişdir ki, hərəyə 10 manat verməklə hesabı bağlasınlar. Bu zaman Rövşən siz öz hesabınız verin mənim payıma düşən 10 manatı sonra ödəyəcəm demişdir. Bununla da Rövşənlə aralarında söz mübahisəsi düşmüşdür. Söz mübahisəsi zamanı Rövşən onun üzündə sillə ilə vurmuşdur. həmin vaxtı sərxoş və əsəbi olduğundan 102 xidmətinə şikayət etmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Bəhruz Bayramov barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, hal-hazırda Şəxs ilə barışmışdır, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs da haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən müvafiq olaraq, o cümlədən, bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.9, 110-114, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Zərərçəkmiş şəxslə barışması əsasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar