Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2373/2023 13.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Məhkəmə iclas katibi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Quba rayonu, Xaltan kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Quba RPŞ-nin Qonaqkən PB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* №-li protokol tərtib edilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Quba rayonu, Xaltan kəndində Zərərçəkmiş şəxs nalayıq söyüşlərlə söyüb təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Quba rayonu, Xaltan kəndində yaşadığı evdən çıxaraq atası yaşadığı evə gedərkən, atası ilə qonşu olan Ozal Rəcəbovun kimsə söydüyünü eşitmişdir. Hava qaranlıq olduğundan Ozal Rəcəbov onu görməmişdir. Ozal Rəcəbova yaxınlaşdıqda məlum olmuşdur ki, o, onu və ailə üzvlərinin ünvanına söyüş söyür. Ozal Rəcəbova öz iradını bildirərək ordan uzaqlaşıb atasının yaşadığı evə getmişdir. Həmin vaxtı qaranlıq olduğundan Ozal Rəcəbovun yanında başqa kiminsə olduğunu görməmişdir. Həmçinin bildirmişdir ki, Ozal əmisi oğlu, Şahnabat isə əmisinin yoldaşıdır. Qohum olsalar da münasibətləri yaxşı deyildir. Onun barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun qaynı oğludur. Qohum olsalar da münasibətləri yaxşı deyil. xx.xx.2023-cü il tarixə, saat 21:00 radələrində Quba rayonu, Xaltan kəndində yaşadığı evin həyətində olan zaman Şəxs onu gördükdə onun və ailə üzvlərinin ünvanına nalayıq ifadələr işlətmiş və söyüş söymüşdür. O Şəxs öz iradını bildirsə də, Şəxs söyüş söyməyə davam etmişdir. Hazırda Şəxsla barışmamış və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərəçəkən şəxsi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarına əsasən Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-2373/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2373/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver