Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-238/2023 14.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə X1 və Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X7 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X7 şikayət ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsinə əsasən 700 (yeddi yüz) manat cərimə olunmağı barədə 12 yanvar 2023-cü il tarixli qərarın ləğv edib işin icraatına xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 17 dekabr 2022-ci il tarixdə o, Vəl-vələ meşəçiliyi dolayısından kəsilmiş ağacların qurumuş budaqlarından toplayaraq evinə apararkən meşə gözətçisi və Təbii Sərvətlər İdarəsinin əməkdaşları saxlayıb qanunsuz ağac kəsdiyini bildirdilər, o, onlara topladığı ağac budaqlarını göstərib bildirdi ki, yaş kök üstündə ağac kəsməmişdir, topladığı ağaclar quru ağac budaqlarıdır, evində istilik olmadığı üçün aparır, bu barədə protokol tərtib etdilər, lakin o protokolda imza etmədi və onlar ona bildirdilər ki, onun heç bir təqsiri yoxdur. 27 fevral 2023-cü il tarixdə Quba Rayon İcra və Probasiya Şöbəsinə dəvət edildi, ona bildirdilər ki, meşə Ekologiya və Təbii Sərvətlər İdarəsinin qərarı ilə qanunsuz ağac kəsdiyi üçün 700 manat cərimə olunmuşdur, o, onlardan qərarı tələb edib əldə etdi və bildirdi ki, qərardan onun xəbəri olmayıb, qərar qanunsuz olduğu üçün həmin qərarı mübahisələndirəcək, ona görə də hazırki, şikayətlə məhkəməyə müraciət edir. O, 6 ədəd yaş kök üstündə ağac kəsməmiş və Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onu saxlayarkən üzərində balta belə olmayıb, o, ancaq kəsilib yerdə qurumuş halda olan ağac budaqlarını toplayıb evinə aparmaq istəmişdir. Onun inzibati işi üzrə protokol qanunsuz və qanun tələbi pozulmaqla tərtib edilmişdir. Belə ki, 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onun ağac kəsmə faktını xx.xx.2022-ci il tarixdə müəyyən edib, inzibati xəta törətməyi barədə protokolu isə xx.xx.2022-ci il tarixdə tərtib etmişlər. İş materiallarından göründüyü kimi iş üzrə tərtib edilmiş protokol qanun tələbi pozulmaqla tərtib edilmişdir, ona görə də bu protokol üzrə onun 700 manat cərimə olunmağım barədə qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayətçi X7 şikayət ərizəsində yazılnalara uyğyun izahat verərək, bildirmişdir ki, ağacları tanımadığı adam kəsmiş, o, kəsilmiş ağacların törtöküntülərini aparmaq istəmişdir. Şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 şikayəti qəbul etməyərək şikayəti əsassız hesab edir, rədd olunmasını xahiş edir. Məhkəmədə şahid qismində izahat vermiş X5 bildirdi ki, meşədə elektro mişar səsi gəlmiş və o həmin səsin gəldiyi tərəfə getmiş, həmin yerinə çatanda bir nəfərin atla qaçdığını görmüşdür. Zümrəddinin əlində isə balta və kəsilmiş ağaclar olmuşdur. Bu hadisənin də istifadəsində olan mobil telefon vasitəsilə çəkmişdir. Həmin video görüntülər məhkəməyə təqdim olunmuşdur. Həmin gün hava dumanlı olduğundan atla qaçan adamın kimliyini müəyyən edə bilməmişdir. Məhkəmədə şahid qismində izahat vermiş X9 bildirdi ki, 2021-ci ildən meşə gözətçisi işləmişdir. 2023-cü ilin fevral ayında işdən azad olunmuşdur. Dekabr ayında məzuniyyətdə olmuş, dekabr ayının 23-də işə qayıtmışdır. Aktı oxumayıb imza etmişdir. Zümrəddini meşədə ağac kəsəndə görməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, iş materialında olan Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 MN ******* saylı, 12 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X7 Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinib 700 manat cərimə edilmişdir. İş materialında olan RMTM-nin meşəbəyisi Nəriman Mustafayevin MN ******* saylı, 22 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Mərkəzin Vəl-vələ meşəbəyliyin 2 saylı dolayının ərazisindən qaununsuz olaraq 06 ədəd yaş köküstə ağaclar kəsmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bu fakt ərazidə yerində çəkilmiş fotoşəkillər və video görüntü ilə təsdiq olunur. Mülki işin materiallarında olan CD diskə məhkəmə zalında baxış keçirilən zaman məlum oldu ki, X6 RMTM-nin meşəbəyisi Nəriman Mustafayev yaxınlaşdıqda yaş köküstündə bir neçə ağac kəsilərək yerdə olmuş, X7 əlində balta ilə həmin ərazidən uzaqlaşmağa çalışmış, Nəriman Mustafayevin qanuni tələbinə əməl etməyərək özünü təqdim etməkdən yayınmış və sonda ərazidən uzaqlaşmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, Quba RMTM-nin meşəbəyisi Nəriman Mustafayev tərəfindən X7 barəsində Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuş, Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X12 MN ******* saylı, 12 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X7 Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinib 700 manat məbləğində cərimə edilmişdir. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 12 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İXM-nın 253.1-ci maddəsi ilə təqsirli bilinib 700 manat məbləğində inzibati qaydada cərimə olunmağı barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında X3 şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76, 84 və128.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 12 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İXM-nın 253.1-ci maddəsi ilə təqsirli bilinib 700 manat məbləğində inzibati qaydada cərimə olunmağı barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında X3 şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-238/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-238/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver