Məhkəmə qərarları › İş №3(027)-2385/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2385/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2385/2023 15.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elxan oğlunun iştirakı ilə, xx.xx.2001-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs Elxan oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs Elxan oğlu xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Quba rayonu, Pirvahid kəndində həmləndlisi X2 üz nahiyyəsinə vuraraq döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən X3 izahatında bildirmişdir ki, Şəxs Elxan oğlu aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmləndlisi X2 üz nahiyyəsinə sağ əlinin arxa hissəsilə vuraraq ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilməsi barədə qərar qəbul edilmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elxan oğlu özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. xx.xx.2023-cü il tarixdə, Quba rayonu, Pirvahid kəndində onlara məxsus olan mağazada olmuş və səs gəldiyi üçün küçəyə çıxdıqda görmüşdür ki, qonşuları Rafayel atası Ədalətə uca səslə nə isə deyir. Aralarında mübahisə yarandığı üçün müdaxilə etmiş və Rəfayelin sol üz nahiyyəsinə sağ əlinin arxa hissəsilə vurmuşdur. Ərizə təqdim edərək zərərçəkmişlə barışdığını qeyd etmiş və inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində evlərinin yaxınlığında olan ağacın kölgəsində oturmuş və başqa həmkəndliləri Emin və Namikin oğlu Ramik gəlmişlər. Sonra oraya Ədalət adlı şəxs gəlmiş və tum çırtladıqlarına iradə tutmuşdur. Aralarında mübahisə baş vermiş, Ədalət onun köynəyinin yaxasından tuataraq dartmağa başlamış və köynəyinin düyməsi qırılmışdır. Ədalətin oğlu Xanlar mağazadan çıxaraq onlara yaxınlaşmış, heç bir şey demədən sifətinin sol tərəfindən yumruqla vurmuşdur. Orada olan Sahib Sadıqov onları ayırmışdır. DİN-nin “102” xidmətinə bu barədə məlumat vermişdir. Hazırda barışmışdır və ərizə təqdim edərək barışdıqları üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 458 nömrəli, 14 iyul 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlinib ki, onun bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmamışdı. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 avqust 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs Elxan oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs Elxan oğlu barəsində İXMnin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTBnə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs Elxan oğlu inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs Elxan oğlunun inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs Elxan oğlu inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar