Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2388/2023 04.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X2 iştirakı ilə, İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərardan X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba rayon X7 mənim Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400(dörd yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü seçilmiş Qərarının ləğv edilib barəmdə olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, QAZ-31 ** HP *** Dövlət nömrə nişanli minik avtomaşını vardır. 21 oktyabr 2023-cü il tarixdə saat 08:00 radələrində idarə etdiyi avtomaşınla Quba-Qusar yolu ilə hərəkət edərkən X8 əməkdaşları idarə etdiyi avtomaşınını saxlayıb təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirib, alkoqoldan istifadə edib-etmədiyini xüsusi cihazla yoxlamışlar. Ona billdirmişlər ki, spirtli içki qəbul etmişdir. O, isə spirtli içki qəbul etmədiyini bildirmişdir lakin onlar protokol tərtib etmişlər. O, protokol ilə razı olmadığını bildirib, dərhal Quba rayon Mərkəzi Xəstaxanasına gələrək narkoloqa müraciət edib sərxoşluq hallarının bütün növlərinin təyin edilmə məqsədi ilə aparılan tibbi müayinədən keçmişdir. Onun müayinədən keçməyi barədə xx.xx.2023-cü il saat 09:55-də protokol tərtib etdilər. Nəticədə onun alkoqol qəbul etməyi barədə əlamətlərin olmaması barədə rəy vermişlər. O, tibbi müayinədən keçdikdən sonra tərtib edilmiş müayinə protokolunu X8 İdarəsinə təqdim etmiş, lakin onun təqdim etdiyi protokola əhəmiyyət verməmişlər. Ona görə də, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixlərində Daxili İşlər Nazirliyinin qaynar xəttinə məlumat vermişdir, lakin ona şikayətinin nəticəsi barədə məlumat verilməmişdir. Yalnız xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli Qərarı təqdim etmişlər və həmin qərarla AR İXM-nin329.1 və 333.1 -ci maddələri ilə təqsirli bilinib 400 manat cərimə olunmağını bilmişdir. O, Quba rayon X9 bölməsinin, 13 noyabr 2023-cü il tarixli Qərarı ilə razılaşmır. Qərar qanunsuz və ədalətsiz olmaqla, maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Onun şikayətinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan aşkar olur ki, Quba DYP-nin əməkdaşlarının sərxoşluq əlamətləri müəyyən edilməsinə dair saat 07:35-də tərtib etdikləri protokoldan 2 saat sonra müayinə olunmuşdur və müayinə nəticəsində sərxoşluq yəni alkoqol qəbul etmə əlamətləri aşkar edilməmişdir. Quba rayon DYP-nin xx.xx.2023-cü il tarixli onun AR İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 manat cərimə növündə tənbeh tətbiq etməsi qanunun tələbinə ziddir. Ona görə də qeyd edilən qərar ləğv edilərək barəsində olan inzibati işin icraatına xitam verilməlidir.. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Quba RPŞ-nin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Quba RPŞ-nin inzibati tənbeh vermə haqqında 13 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 13 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 idarə etdiyi “QAZ 3110” Minik markalı ** HP *** Dövlət qeydiyyat nişanlı minik avtomobilini təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmiş, avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 101 saylı sərxoşluq hallarının bütün növlərinin təyinməqsədi ilə aparılan tibbi müayinəsindən görünür ki, X3 alkoqolun qəbulu faktı müəyyən edilmişdir, sərxoşluq əlamətləri aşkara çıxarılmayıb. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Göründüyü kimi, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-cü maddəsində göstərilən məsuliyyətin yaranması üçün onun avtomaşını sərxoş vəziyyətdə idarə etməsi həlledici dispozitiv şərtdir. Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Belə ki, protokolu tərtib edən orqan tərəfindən iş materiallarına alkotester rəyinin ksero surəti əlavə edilmişdir. Həmin alkotester rəyinin üzərində onun doğruluğunu təsdiq edəcək imza və ya möhür mövcud olmamışdır. Məhkəməyə protokolu tərtib etmiş orqan tərəfindən X4 barəsində “sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt” təqdim edilməmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli kserosurət olan alkotester rəyi sübut növü kimi qəbul edilə bilməz. Həmçinin iş materaillarından görünür ki, həmin alkostestin nəticəsindən (kesersurət) 8 ay sonra qərar qəbul edilir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən də X4 göstərilən vaxt nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir göstərilən digər maddələrdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, belə sübutları təqdim etmək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanın törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Quba RPŞ-nin inzibati tənbeh vermə haqqında 13 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli elektron qərarından X4 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Quba RPŞ-nə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Quba RPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Quba RPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-2388/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2388/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver