Məhkəmə qərarları › İş №3(027)-2396/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2396/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2396/2023 17.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1976-cü ildə Quba rayonu, Pirvahid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olan və yaşayan (X3 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Quba rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı əmisinin arvadı eləcədə qonşusu Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisənin səbəbi Nərgizin paltar ipini onun dəmir profilinə bağlaması olmuşdur. O, ipi kəsən zaman Nərgiz əlində olan ağacla onun əlindən vurmuş və xəsarət yetirmişdir. Lakin həmin vaxt o, Nərgizi öldürməklə hədələməmişdir. Hazırda etdiyi əmələ görə peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, 4.10.2023-cü il tarixdə təxminən saat 11 radələrində paltar yuyaraq həyətdə olan paltar ipinə asmışdır. Həmin ipin bir tərəfi onunla sərhəd olan Şəxs dirəyinə bağlanmış, digər tərəfi isə öz həyətində olan ağaca bağlanmışdır. Şəxs evdən çıxaraq ipi onun dirəyinə bağlamamasını tələb etdikdə aralarında mübahisə yaranmış, Teymur ipi kəsərək onu bıçaqla hədələmişdir. Mübahisə zamanı teymur onu nalayiq ifadələrlə təhqir etmişdir Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin polis sahə rəisi X1 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirmiş və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin məcəllənin 510cu maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 510-cu maddələri ilə düzgün tövsif edilmişdir. Onun Azərbaycan Respublikası İXM-nin həmin maddələri ilə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Quba RPŞ-nin TB-nun baş təhqiqatçısı polis kapitanı X2 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Quba rayonu Pirvahid kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı əmisinin həyat yoldaşı, eləcə də qonşusu Zərərçəkmiş şəxs nalayif ifadələrlə təhqir etmişdir. Lakin o, bıçaqla Zərərçəkmiş şəxs hədələməmişdir. Aralarında yaranmış mübahisə zamanı real hədə faktı olmamışdır. Hədələmə ilə bağlı xüsusat isə öz təsdiqini tapmamışdır. Toplanmış materialda Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsində nəzərdə tutulan öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayət əməlinin tərkibi aşkar olunmamışdır. Şəxs əməlində cinayət tərkibi olmasa da sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi vardır. Bundan əlavə Şəxs müraciəti əsasında toplanmış materialda Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmasa da sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Odur ki, toplanmış materialda Şəxs və Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilməli, Şəxs barəsində AR-nın İXM-nin 510-cu maddəsi ilə, Zərərçəkmiş şəxs barəsində isə AR-nın İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunması üçün qəbul edilmiş qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilməlidir Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaların xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, 05 (beş) gün müddətə inzibati qaydada həbs edilməli və inzibati həbs müddətinin əvvəli hazırki qərarın elan oldunduğu yəni, xx.xx.2023-cü il tarixdən saat 16:20-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 05 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən saat 16:20-dən hesablansın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar