Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2398/2023 17.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Quba RPŞ-nin, İTB-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Quba rayonu, Aşağı-Atuc kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 15:00 radələrində yaşadıqları kənddə aralarında şəxsi münasibətlər zəmnində atası Zərərçəkmiş şəxs sinəsindən əli ilə vuraraq ona fiziki ağrı yetirmişdir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, X1 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 19 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərar əsasında Quba RPŞ-nin, İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN 1839925-7356 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, kənd ərazisində, yaşadığı evin sahə sahəsi 12 sotdur, bundan əlavə 40 sot da alma bağı sahəsi vardır. Həmin sahələri satmaq istəyir amma 40 sot alma bağı birgə mülkiyyət olduğu üçün ailə üzvləri həmin sahənin satılmasına qarşıdır. Buna görə də aralarında narazılıq vardır. Bu məsələ ilə əlaqədar atası ilə dəflərlə söhbət aparmasına baxmayaraq torpaq sahəsinin satılmasına yenə də razı olmamışdırlar. 09.102023-cü il tarixdə, saat 15 radələrində isə kənd ərazisində 2-3 bakal pivə içib yenə torpaq sahəsinin satılması ilə başlı atasının yaşadığı ünvana getmidir və atası Mövludşah ilə darvaza qarşısında qarşılaşmışdır. Lakin yenə atası ilə mübahisə zəmnində atası üstünə gəldiyindən əlləri ilə atasının sinəsindən arxaya itələmişdir. Atası da oturaq vəziyyətdə arxa tərəfində olan qum torbasının üstünə yıxılmışdır. Bundan sonra oradan uzaqlaşmışdır. Hazırda atası Zərərçəkmiş şəxslə barışmışdır. Atasının ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, oğlu Elşənin ayrı təsərrüfatı olmaqla başqa ünvanda yaşayır. Ailə üzvlərinin ümumi pay torpaq sahələri vardır. Elşən də özünə aid torpaq hissəsini satmaq istədiyir. Buna görədə aralarında mübahisə olur. 09.102023-cü il tarixdə, saat 15 radələrində Elşən sərxoş vəziyyətdə gəlib darvazanın qarşısında səbəbsiz yerə onun sinəsinə bir yumruq zərbəsi vurmuşdur. zərbənin təsirindən o yerə yıxılmışdır. Həmin vaxtı onların yanında başqa şəxs(lər) olmamışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, hal-hazırda Şəxs ilə barışmışdır, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs da haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən müvafiq olaraq, o cümlədən, bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.9, 110-114, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Zərərçəkmiş şəxslə barışması əsasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-2398/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2398/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver