Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2399/2023 17.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Seyidməmməd oğlunun, Onun müdafiəçisi - X1 iştirakı ilə, xx.xx.1980-ci ildə Quba rayonu, Bərqov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin:xxxxxxx, orta təhsilli, evli, Quba rayonu, Paşaoba kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Seyidməmməd oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs Seyidməmməd oğlu xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində Quba rayonu, Paşaoba kəndində birgə yaşadıqları evdə, aralarında yaranmış münaqişə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən X5 izahatında bildirmişdir ki, inzibati araşdırma zamanı müəyyən olunmuşdur ki, Quba rayonu, Paşaoba kənd sakini Şəxs Seyidməmməd oğlu aralarında yaranmış münaqişə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs vuraraq, ona dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Seyidməmməd özünü qismən təqsirli bilərək, izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır və 3 övladları vardır. Artıq 8 ildir faktiki ər-arvad münasibətləri pozulmuş, rəsmi qaydada isə məhmədə artıq iş yekunlaşmışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində birgə yaşadıqları Paşa-oba kəndində evdə olarkən anası ilə Aynurun mübahisə etməsinə oyanmış, ondan evi tərk etməsini tələb etdikdə, sonuncu onun üzünə tüpürmüşdür. Buna görə onun sifətinə sillə ilə vurmuş, pilləkənin yanında olan plastik təmizləyici ilə onu vurmaq istərkən anası aralarına girmişdir, sonra müvazinətini itirib yerə yıxılmışdır. Münaqişə yaşdıqları evdə təqribən 15 dəqiqə ərzində davam etmiş, orada anası və 14 yaşlı oğlu da olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 2004-cü ildə Şəxsla ailə qurmuş, lakin Mənsurun xəyanəti səbəbilə aralarında olan nikahın xx.xx.2023-cü il tarixdə övladları onunla qalmaqla pozulması qət edilmişdir. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında ortancıl oğlu qayınanasına salam vermiş, sonuncu salamı almadığını biləndə irad bildirmişdir. Bu zaman Mənsur öz otağından çıxıb ona nalayiq söyüş söymüş, ona evdən çıxmasını tələb edərək sillə ilə sifətinə, yumruqla sol qoluna, təpiklə də sağ baldır nahiyyəsinə vurmuşdur. Qayınanası araya girəndə onu da itələyib yerə yıxmışdır. Daha sonra oradan çıxıb anasının evinə getmiş, münaqişə birgə yaşadığı evdə baş verməklə təxminən 20 dəqiqə davam etmişdir. Hazırda ndan şikayətçidir, mümkün sərt tənbeh verilməsini tələb edir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 oktyabr 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs Seyidməmməd oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs Seyidməmməd oğlunun barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 770 nömrəli, 03 oktyabr 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlinib ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər- sol qulaq seyvanında və hər iki bazuda sol saidin aşağı 1/3-nin bayır səthində qançırlar küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 03 oktyabr 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollar müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, Şəxs Seyidməmməd oğlu döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs Seyidməmməd oğlu barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Seyidməmməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Şəxs Seyidməmməd oğlunun hüquqlarının dövlət hesabına məhkəmədə müdafiə edilməsinə görə 6 (altı) manat dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil bürosunun hesabına keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-2399/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2399/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver