Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-24/2023 27.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba rayon Yol patrul xidməti inspektoru polis serjantı X2 və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.2001-ci il tarixdə Qusar rayonu, Ləzə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qusar rayonu, Ləzə kəndində qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 333.1 və 342.5-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon Yol patrul xidmətinin əməkdaşı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1 və 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolda göstərilir ki, Şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində idarə etdiyi “VAZ21214” minik markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Quba rayon Məhkəməsinin 3(027)-24/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı (hakim: V.Seydov) ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-120/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 3(027)- 24/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qərarı ləğv edilmiş və material yenidən baxılması üçün birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışı mərhələsinə qaytarılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. O, niyə saxlanıldığını soruşduqda onlar maşının konstruksiyalarında dəyişiklik olduğu bildirmiş və maşının baqajını açmağını tələb etmişlər. Baqajda iki kisə qum olmuş və quma görə ona 40 manat cərimə yazılacağını bidirmişlər. Polis əməkdaşları onu alkotester yoxlanışından keçirmişlər və ona nəticəni göstərməyib onun yüngül dərəcəli sərxoş olduğunu bildirmişlər. Avtomaşını sərxoş vəziyyətdə idarə etmədiyini bildirərək, əməlində inzibati xətanın tərkibi olmadığı üçün barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsilə başlanmış inzibati xəta hıqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Quba rayon Yol patrul xidmətinin inspektoru polis serjantı X3 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, protokolu o tərtib etmişdir. Şəxs avtonəqliyyat vasitəsini idarə etdiyi zaman saxlanılmış o alkotestr yoxlanışından keçən zaman alkoqolun miqdarı 0,417 olduğu müəyyən edilmişdir. Şəxs axşam spirtli içki qəbul etdiyini bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokolda düzgün ifadə olunmasa da, həmin protokolda Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati icraat başlanmasının əsasını onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla, avtomaşını sərxoş vəziyyətdə idarə etməsi təşkil edir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründyü kimi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-cü maddəsində göstərilən məsuliyyətin yaranması üçün onun avtomaşını sərxoş vəziyyətdə idarə etməsi həlledici dispozitiv şərtdir. Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Lakin, iş materiallarında xüsusi texniki vasitə ilə Şəxs tərəfindən narkotik vasitələr, psixotrop maddələr və digər güclü təsir göstərən maddələri qəbulunun müəyyən edilməsini təsdiq edən hər hansı sübut yoxdur. Belə ki, protokolu tərtib edən orqan tərəfindən iş materiallarına alkotester rəyinin ksero surəti əlavə edilmişdir. Həmin alkotester rəyinin üzərində onun doğruluğunu təsdiq edəcək imza və ya möhür mövcud olmamışdır. Məhkəməyə protokolu tərtib etmiş orqan tərəfindən Şəxs barəsində “sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt” təqdim edilməmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli kserosurət olan rəyi sübut növü kimi qəbul edilə bilməz. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən də Şəxs göstərilən vaxt nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir göstərilən digər maddələrdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, belə sübutları təqdim etmək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanın törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İşdəki sübutlardan birmənalı qaydada müəyyən olunur ki, Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olan şəxs kimi xx.xx.2022-ci il tarixdə, saat 10:30-da nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməmiş, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXPM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməli, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə protokol tərtib etmiş şəxs tərəfindən hüquqi qiymət verilməsi üçün Quba Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə protokol tərtib etmiş şəxs tərəfindən hüquqi qiymət verilməsi üçün Quba Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən : Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-24/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-24/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver