Məhkəmə qərarları › İş №3(027)-24/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-24/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-24/2024 01.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X2 iştirakı ilə, X4 Quba rayonu DİN DYPB-nin 19 oktyabr 2023-cü il tarixli EQ 17545688 saylı, 30 noyabr 2023cü il tarixli EQ 18309021 saylı və 07 yanvar 2024-cü il tarixli EQ 18873979 saylı inzibati xəta haqqında qərarlarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X7 məhkəməyə şikayət ərizəsilə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutularaq tərtib edilmiş inzibati tənbeh vermə haqqında 19 oktyabr 2023-cü il tarixli EQ 17545688 saylı və 30 noyabr 2023-cü il tarixli EQ 18309021 saylı inzibati xəta haqqında qərarlarının ləğv edilməsini xahiş etmişdir. Bunda sonra X7 məhkəməyə ərizə ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutularaq tərtib edilmiş inzibati tənbeh vermə haqqında yuxarıda göstərilən qərarlarla yanaşı, həm də 07 yanvar 2024-cü il tarixli EQ 18873979 saylı inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X7 şikayəti onunla əsaslandırmışdır ki, mülkiyyətində “Opel-Vectra”minik markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. O il ərzində yol hərəkəti qaydalarını pozduğuna görə 20 və daha çox cərimə ball topladığına görə AR İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır və həmin tarixdən özü avtomaşını idarə etmir. Lakin buna baxmayaraq 19 oktyabr 2023-cü il tarixdə onun tərəfindən mülkiyyətində olan avtomaşın Bakı-Quba yolunun 35-ci km- də 90 km saatda surət həddi olan yolda avtomaşını saatda 107 km surətlə idarə etdiyi üçün İXM-nin 332.3-cu maddəsi ilə 300 manat və 30 noyabr 2023-cü il tarixdə yenə Bakı-Qazax yolunun 29,5 km-də surət həddi 70 km müəyyən edilmiş yolda avtomaşın saatda 89 km surətlə idarə etdiyi üçün İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati Xətanı törətməkdə təqsirləndirilərkən 300 manat cərimə olunmağı barədə protokollar tərtib olunaraq mesaj vasitəsilə ona göndərilmişdir. Bildirir ki, onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2023-cü il tarixdən 6 ay müddətinə məhdudlaşdırılmışdır və avtomaşını özü idarə etməmişdir. Avtomaşını idarə etməyi yaxın tanışı Balayev Turaba etibar etmişdir. O avtomaşını idarə edib, o da avtomabil sahibi kimi onun yanında olmuşdur. Ona görə də o AR İXM-nin 332.3-cü maddəsinin subyekti ola bilməz. Məhkəmə iclasında X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, onun sürücülük hüququ məhdudlaşdırılıb, o bu müddət ərzində avtomobili idarə etmir. O avtomobili avtomobilin mülkiyyətçısi Turaba verib, lakin onda olan etibarnamənin müddəti bitmədiyinə görə, cərimələrin hamısı onun adına gəlmişdir. Hal-hazırda da maşın Turabdadır. Göstərilənləri nəzərə alaraq, qeyd edilən qərarların, həmçinin xx.xx.2024-cü il tarixli EQ 18873979 saylı qərarın da ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilmiş orqana məlumat verilsə də, Quba rayonu DİN DYPB nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdir. Şikayət verən X4 təşəbbüsü ilə avtomobilin mülkiyyətçisi X5 məhkəməyə teleqram göndərərək, qeyd etmişdir ki, “Opel-Vectra” minik markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobili o idarə edir, törətdiyi inzibati xətalar ona aiddir, X4 bu həmin qərarlara aidiyyəti yoxdur. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərarlardan verilmiş şikayət təmin edilməli və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarlar ləğv edilməlidir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3cü maddəsi ilə nəzərdə tutularaq tərtib edilmiş inzibati tənbeh vermə haqqında 19 oktyabr 2023-cü il tarixli EQ 17545688 saylı və 30 noyabr 2023-cü il tarixli EQ 18309021 saylı və 07 yanvar 2024-cü il tarixli EQ 18873979 saylı qəbzlərdən görünür ki, X7 19 oktyabr 2023-cü il tarixli EQ 17545688 saylı qərara əsasən 300 manat, 30 noyabr 2023-cü il tarixli EQ 18309021 saylı qərara əsasən 300 manat və 07 yanvar 2024-cü il tarixli EQ 18873979 saylı qərara əsasən 300 manat cərimə edilmişdir. “Elektron notariat” X1 çıxarışdan görünür ki, “Opel-Vestra” minik markalı **-OC-*** d.q.n avtomobilin mülkiyyətçisi ünvan 1 ünvanında qeydiyyatda olan X5 avtomobili etibarnamə ilə nəqliyyat vasitəsindən istifadə hüququ əsasında ünvan 2i ünvanında qeydiyyatda olan X6 etibar etmişdir. Etibarnamə Bakı şəhəri, 30 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və xx.xx.2020-ci il tarixdən qüvvədə olma müddəti nəzərdə tutulmuşdur. xx.xx.2024-cü ildə xitam verilmişdir Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsilə törədilmiş inzibati xəta üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməklə icraatın aparılması ümumiyyətlə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, 19 oktyabr 2023-cü il tarixdə, 30 noyabr 2023-cü il tarixdə və 07 yanvar 2024-cü il tarixdə törədilən inzibati xətalar “Opel-Vestra” minik markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi ünvan 1 ünvanında qeydiyyatda olan X5 tərəfindən törədilməklə X4 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsilə məsuliyyətə cəlb olunması əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə həmçinin qeyd edir ki, 19 oktyabr 2023-cü il tarixdə, 30 noyabr 2023-cü il tarixdə və 07 yanvar 2024-cü il tarixdə törədilən inzibati xətaların qeydə alınmasına əsas olmuş ilkin inzibati xətalar sürət həddinin aşılması ilə bağlı olduğundan, hazırki material hər üç inzibati xəta üzrə X5 AR İXM-nin 328.1-ci maddəsilə (yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə) məsuliyyətə cəlb edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayəti qismən təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsilə inzibati tənbeh vermə haqqında Quba rayonu DİN DYPB-nin 19 oktyabr 2023-cü il tarixli EQ 17545688 saylı, 30 noyabr 2023-cü il tarixli EQ 18309021 saylı və 07 yanvar 2024-cü il tarixli EQ 18873979 saylı qərarları ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X3 19 oktyabr 2023-cü il tarixdə, 30 noyabr 2023-cü il tarixdə və 07 yanvar 2024-cü il tarixdə AR İXM-nin 328.1-ci maddəsilə (yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə) məsuliyyətə cəlb edilməsi üçün material Quba rayonu DİN DYPB-ə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar