Məhkəmə qərarları › İş №3(027)-240/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-240/2022

12.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-240/2022 12.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1977-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba şəhəri, 20 Yanvar küçəsində qeydiyyatda olan və Quba şəhəri, 24-cü məhəllədə yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs 01 fevral 2022-ci il tarixdə saat 12:00 radələrində yaşadıqları evdə atası Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 döyərək, ictimai qaydanı pozmuşdur. Bununla bağlı Quba RPŞ İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində 11 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 2022-ci ilin ilk günlərindən atası Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 ilə aralarında söz mübahisələri olmuşdur. Narkotik vasitədən istifadə etmir. Az miqdarda spirtli içki qəbul edir.S pirtli içkinin təsiri altında olanda ailəsi ilə mübahisə etmir. 01 fevral 2022-ci il tarixdə də yaşadıqları evdə atası və anası ilə arasında söz-söhbət olmuş, lakin o valideynlərinə əl qaldırmamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, Şəxs onun oğludur. Oğlu ilə aralarında mütəmadi olaraq mübahisələr olur. Hər dəfə mübahisə zamanı oğlu onu və həyat yoldaşı Zərərçəkmiş şəxs2 döyür. 01 fevral 2022-ci il tarixdə də oğlu onunla və həyat yoldaşı Zərərçəkmiş şəxs2 ilə mübahisə etmiş, mübahisə zamanı Dəyanət onu və Firəngizi döymüşdür. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, Şəxs onun oğludur. Oğlu ilə aralarında mütəmadi olaraq mübahisələr olur. Hər dəfə mübahisə zamanı oğlu onu və həyat yoldaşı Zərərçəkmiş şəxs1 döyür. 01 fevral 2022-ci il tarixdə də oğlu onunla və həyat yoldaşı Zərərçəkmiş şəxs1la mübahisə etmiş, mübahisə zamanı Dəyanət onu və Qəmbəri döymüşdür. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba RPŞ İTB-nin sahə rəisi X2 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 15 avqust 2020-ci il tarixli, 921 nömrəli ekspert rəyindən görünür ki, X3 bədəni üzərində aşkar olunan xəsarətlər – sifətində solda, alt çənə sağda, sol çiynində, sağ çiynində, sol biləyinin arxa səthində, qarnının ön divarında göbəkətrafı səthi qançırlar küt əşyanın (əşyaların) təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 14 avqust 2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 mart 2022-ci il tarxili qərarına əsasən, Şəxs 01 fevral 2022-ci il tarixdə saat 12:00 radələrində yaşadıqları evdə atası Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 döyərək, ictimai qaydanı pozmuşdur. Göründüyü kimi, Şəxs əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllləsinin 157-ci maddəsinin tərkibi vardır. Ona görə də Teymurşah Əliyevin barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 11 mart 2022-ci il tarixdən, saat 18:10-dan hesablansın. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar