Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2419/2023 30.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1998-cıi ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu, Zizik kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: Şəxs 29 iyul 2023-cü il tarixdə, idarə etdiyi «VAZ-21154» markalı **-MZ-*** nömrə nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Quba rayonu, İsnovqışlaq kəndi istiqamətində hərəkət edərkən, manevr etmə qaydalarını pozaraq, əks istiqamətli hərəkət zolağına çıxmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə nəticəsində «VAZ-2106» markalı avtomobilin sürücüsü X1 yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. Ona görə də Şəxs barəsində İİ Tağım YPX inspektoru polis baş serjantı X6 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib edilərək, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 29 iyul 2023-cü il tarixdə, etibarnamə ilə idarə etdiyi «VAZ-21154» markalı **-MZ-*** nömrə nişanlı avtomobili ilə Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Quba rayonu, İsnovqışlaq kəndi istiqamətində hərəkət edərkən idaretməni itirmiş, əks istiqamətli hərəkət zolağına çıxmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə zamanı o, və Gülağa xəsarət almışlıar. O, zərərçəkmiş şəxs olan X3 dəymiş ziyanı ödəmişdir. İlk dəfədir ki, inzibati xəta törətmişdir. İnzibati xəta törətməsini etiraf edir, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasının vaxtı və yeri barədə Quba Rayon Polis Şöbəsinə lazımı qaydada məlumat verilsə də, Quba PPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə işə Quba Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, məhkəmə-tibbi ekspertiza və X5 26 avqust 2023-cü il tarixli, 179 saylı rəyindən görünür ki, X2 bədəni üzərində aşkar olunan xəsarətlər-döş qəfəsinin yumşaq toxumalarının əziyi ilə yanaşı soldan 6-cı qabırğanın yerdəyişməyən sınığı aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 29 iyul 2023-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan DİN-nin Bİ və Tİ-nə bilavasitə tabe olan YNH-nə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi polis mayoru Şöhrət İmanovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 avqust 2023-cü il tarixli qərarından görünür ki, HK-1/868 nömrəli materialda əməldə cinayət tərkibi olmadığından mateiral üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbyacan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib edilməısi üçün BDYPİ-nin YPX Alayına göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə- üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İlk dəfə inzibati xəta törətməsini və inzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-2419/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2419/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver