Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2436/2023 08.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin 3-13-16/1-6971 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X2 oğlu Quba Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin 3-13-16/1-6971 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(027)- 989/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYPB-nin xx.xx.2021-ci il tarixli,TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə onun şikayəti təmin edilərək, Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYP-nin xx.xx.2021-ci il tarixli,TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Lakin dəfələrlə müraciətlərdən sonra xx.xx.2023 tarixində DYP öz qərarını qüvvədə saxlanılması barədə qərar verib. Bu qərar da qanuna tam ziddir, öz əməkdaşlarının cinayət əməllərini gizlətməyə görə qərar qəbul olunub, qanunsuz olduğuna görə də ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə nəzərə alaraq, Quba rayon Polis şöbəsinin DYPB-nin 3- 13-16/1-6971 nömrəli, xx.xx.2023-cü il nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verən X2 və DİN Quba RPŞ-ə məlumat verilsə də, X2 məhkəmə iclasına gəlməmiş və Quba RPŞ-nin nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYPB-nin xx.xx.2021-ci il tarixli,TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından göründüyükimi, X2 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 40 manat cərimə cəzası tətbiq edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(027)-989/2022 saylı qərarından göründüyü kimi Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYPB-nin xx.xx.2021-ci il tarixli,TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 şikayəti təmin edilərək, Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYP-nin xx.xx.2021-ci il tarixli,TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolun qərarı ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması ilə bağlı Quba rayon Məhkəməsinin müvafiq qərarı əsasında qeyd olunan işə Quba RPŞ-nin DYPBnin rəisi polis mayoru Sahib Süleymanov tərəfindən “Vaz 21041“ markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhər ərazisində iştirakçı olduğu yol nəqliyyat hadisəsi ilə bağlı yenidən baxılaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X2 barəsində 40 manat məbləğində cərimə yenidən qüvvəyə minməsi barədə 3-13-16/1-6971 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərar inzibati xətanın baş verdiyi xx.xx.2021-ci il tarixdən bir ildən çox müddət keçdikdən sonra, yəni İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqdan sonra verildiyindən, Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin 3-13-16/1-6971 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş icraat başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin 3-13-16/1-6971 nömrəli, xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-2436/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2436/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver