Məhkəmə qərarları › İş №3(027)-245/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-245/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-245/2024 04.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakı ilə, xx.xx.1982-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Quba rayonu, Fırıq kəndində qeydiyyatda olan yaşayan X6 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən X6 barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsilə xx.xx.2024-cü il tarixdə ******* №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, X2 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)- 109/2019 saylı icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında verdiyi izahatında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında göstərmişdir ki, Qaradağ rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(002)-109/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Məcnun oğlundan xx.xx.2018-ci il tarixdən başlayaraq 2 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay ümumilikdə 308 manat sabit pul məbləğində aliment, həmçinin xx.xx.2012-ci təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün əlavə 50 manat aliment alınaraq, tələbkar Əliyeva (Bürcəliyeva) Ziyvər Səlimxan qızına verilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. X1 rəsmi buildirş göndərilmişdir. Məlumat üçün bildirirəm ki, borcluya dəfələrlə yazılı və şifahi xəbərdalıq edilməsinə baxmayaraq, icra sənədində qeyd edilmiş tələbi tam yerinə yetirməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclunun gəlir yerilərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İş üzrə borclu Şəxs Məcnun oğlu aliment borcu üzrə bu günədək 7806 manat məbləğində pul ödəniş etmişdir və jhalhazırda onun 12522 manat məbləğində borcu mövcuddur. X6 barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilməyərək, izahatında göstərmişdir ki, daimi iş yerinin olmaması səbəbindən aliment borcunu tam ödəyə bilməmişdir. Buna baxmayaraq imkanı daxilində hər ay mütəmadi olaraq qismən də olsa ödənişlər etmişdir. Hazırda daimi iş yeri var və əmək haqqından aliment borcuna görə də tutulmalar aparılır. Əmək haqqıından pul tutulmasına baxmayaraq özü də əlavə ödənişlər etməklə borcunu tam bağlamaq fikrindədir. Əlavə olaraq bildirmişdir ki, çox çətinliklə daimi iş yeri əldə etmişdir. Həbslə əlaqədar cəza təyin edilərsə həmin iş yerini itirəcək və aliment borcunu ödəməkdə yenidən çətinliklərlə üzləşəcək. Protokol tərtib edildiyi gün heç bir inzibati xəta törətmədiyini nəzərə alaraq, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Qaradağ rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(002)-109/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Məcnun oğlundan xx.xx.2018-ci il tarixdən başlayaraq 2 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay ümumilikdə 308 manat sabit pul məbləğində aliment, həmçinin xx.xx.2012-ci təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün əlavə 50 manat aliment alınaraq, tələbkar Əliyeva (Bürcəliyeva) Ziyvər Səlimxan qızına verilməlidir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İş materiallarından olan “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Şəxs Məcnun oğlu "xxxx" Publik hüquqi Şəxs 11 saylı xüsusi təyinatlı Yol İstismarı MMC-də ərazi gözətçisi vəzifəsində işləyir və əmək haqqı 394 manat təşkil edir. Belə olan vəziyyədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 icra sənədini icra etməsi barədə gətirdiyi dəlillər inandırıcıdır. İşdəki sübutlarla Yusif Əliyev üzrsüz səbəblərdən icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini tam icra etməməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, X3 əməlində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta hıqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X6 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar