Məhkəmə qərarları › İş №3(027)-246/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-246/2022

07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-246/2022 07.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi ilə, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən X1, Zərərçəkən şəxs (tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə xx.xx.1973-cü ildə Quba rayonu, Birinci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs Quba Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli 2(027)-1084/2020 nömrəli icra sənədini tam icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə protokolu tərtib edən şəxs X2 göstərdi ki, Quba Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli 2(027)-1084/2020 saylı “icra vərəqəsi”-nə əsasən borclu Şəxs 50.000 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs bu vaxta qədər tələbkarın xeyrinə ödəniş etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o Quba Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli 2(027)-1084/2020 saylı qətnaməsindən xəbəri olmayıb, onu nəhkəməyə çağırmayıblar və həmin qətnamənin icrasi əlaqədar onu heç kim Quba Rayon İcra və Probasiya Şöbəsinə çağırmayıb və ona Quba Rayon İcra və Probasiya Şöbəsi tərəfindən heç bir sənəd təqdim edilməyib. Yalnız polis əməkdaşları axtarış işi ilə əlaqədar onu saxlayanda bilib ki, barəsində qətnamə çıxarılıb və qətnamənin icrası ilə əlaqədar onu axtarışa veriblər. Məhkəmədə zərərçəkən şəxs (tələbkar) Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs ona olan borcunu ödəməmişdir. Quba Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli 2(027)-1084/2020 saylı qətnaməsilə bu vaxta qədər icra etməmişdir. O, pulunu tələb edir və şokayətçidir. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-246/2022 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə 187986/2020 saylı icra icraatı barədə material nəzərdən keçirilən zaman müəyyən edildi ki, Quba Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli 2(027)-1084/2020 saylı “icra vərəqəsi” Quba Rayon İcra və Probasiya Şöbəsinə 05.11.2020-ci il tarixdə daxil olub və və həmin tarixdə, tələbin könüllü icrası barədə Şəxs bildiriş göndərilmişdir, lakin tələbin könüllü icrası barədə bildiriş poçt vasitəsi ilə Quba Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. Borclu icra məmurunun çağırışına gəlmədiyi səbəbindən 22.12.2020-ci il tarixdə barəsində axtarış verilmiş və 22.12.2021-ci il tarixində polis vasitəsilə Quba rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində həmin tarixdə, yəni, 22.12.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli 2(027)-1084/2020 saylı icra sənədi üzrə borclu Şəxs “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə əsasən icra sənədinin könüllü icrası barədə bildiriş real olaraq təqdim edilməmiş, borclu yalnız polis əməkdaşları tərəfindən 22.12.2021-ci il tarixdə axtarış işi ilə əlaqədar onu saxladıqda Quba Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli 2(027)-1084/2020 saylı icra sənədinin mövcudluğu barədə məlumatı olmuş, buna baxmayaraq Quba Rayon İcra və Probasiya Şöbəsi həmin tarixdə, borcluya icra sənədini könüllü icra etmək üçün vaxt verilmədən, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkib olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənləri, nəzərə alaraq, məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-246/2022 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105. 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-246/2022 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar