Məhkəmə qərarları › İş №3(027)-2465/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2465/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2465/2023 12.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi X1 iştirakı ilə, “Ə.Rəcəbli adına” Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsilə Azərbaycan Respublikası DİN Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN Quba RPŞ-dən “Ə.Rəcəbli adına” Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsilə xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən “Ə.Rəcəbli adına” Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və X5 “VAZ 2121” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edən sürücü barəsində, sorğuda olan gecikmələr və yol vərəqəsi ilə bağlı Azərbaycan Respublikası DİN Quba RPŞə sənəd təqdim etməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi X4 izahatında qeyd etmişdir ki, “Ə.Rəcəbli adına” Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər üzrə X8 ilə hal-hazırda nümayəndə qismində təmsil etdiyi qurum eyni hüquqi şəxsdir. Belə ki, institutun əvvəlki adı “Ə.Rəcəbli adına” Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər üzrə X6muş, sonradan dəyişilmişdir. Bu barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən çıxarışı, Qeyri-Kommersiya Hüquqi şəxsin adında edilmiş dəyişikliyin Dövlət qeydiyyatı haqqında Şəhadətnaməni, və nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Quba rayon Polis Şöbəsinə lazımı qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Ə.Rəcəbli adına” Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Quba RPŞ tərəfindən tərrtib olunmuş Ə.Rəcəbli adına” Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsilə xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsilə xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollar eyni inzibati xəta üzrə tərtib edilmişdir. Halbuki, “Ə.Rəcəbli adına” Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və X5 və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu eyni hüquqi şəxsdirlər. Hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən də göründyü kimi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən çıxarışdan və Qeyri-Kommersiya Hüquqi şəxsin adında edilmiş dəyişikliyin Dövlət qeydiyyatı haqqında Şəhadətnamədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əvvəki hüquqi adı Ə.Rəcəbli adına” Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və X3muşdur. Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən “VAZ 2121” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin hüquqi şəxsə məxsusdur. Protokola əlavə olunmuş sorğudan görünür ki, Azərbaycan Respublikası DİN Quba RPŞ-dən Ə.Rəcəbli adına” Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və X2 mülkiyyətində (istifadəsində) olan “VAZ 2121” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edən şəxs xx.xx.2023cü il tarixində, saat 15:14-də (GPS: 41.401745,48.670696) nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş olunmuş, lakin sorğunun göndərilməsi və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən rəsmi qaydada imzalanaraq qəbul edilməsi və ya xəbərnaməsi inzibati materiala əlavə edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası DİN Quba RPŞ-dən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsilə xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuş və qeyd edilən inzibati xəta haqqında protokola əsasən hüquqi şəxs, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu “Vaz 2121” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edən sürücü barəsində, sorğuda olan gecikmələr və yol vərəqəsi ilə bağlı sənədi Azərbaycan Respublikası DİN Quba RPŞ-ə təqdim etməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, Ə.Rəcəbli adına” Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və X2 adı dəyişdirilərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu olmuş vu bu dəyişiklik dövlət qeydiyyatına alınmaqla mülkiyyətində olan **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsilə nəzərdə tutulmuş inzibati protokol tərtib edilsə də, təkrarən həmin avtomobilə görə adı dəyişdirilmiş hüquqi şəxsə də protokol tərti edilməklə baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “Ə.Rəcəbli adına” Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar