Məhkəmə qərarları › İş №3(027)-247/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-247/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-247/2024 18.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 və qərarından şikayət verilən X5 iştirakı ilə, X4 Quba rayon Polis Şöbəsinin 04 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba rayon Polis Şöbəsi tərəfindən 50 manat məbləğində inzibati tənbeh vermə haqqında 04 dekabr 2023cü il tarixli qərarın ləğv edib barəsində olan inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, onun mülkiyyətində “Toz-34” markalı 2814 nömrəli 28 kalibirli mülki silahı vardır. 04 dekabr 2023-cü il tarixdə səhər saat 10-1100 radələrində sahə inspektoru yaşadığı evə gəlib mülkiyyətində olan “Toz-34” markalı 2814 nömrəli 28 kalibirli ov silahının saxlama yoxlamaq istədiyini bildirdi. O, ov tüfəngini polis əməkaşına təqdim etdi, Polis əməkdaşına təqdim etdi, Polis əməkdaşı ona bildirdi ki, ov tüfəngini dəmir seyfdə saxlamalıdır. O, ona dəmir örtüklü sandığı göstərib bildirdi ki, o, silahı bunda saxlayır. Əgər onun saxladığı dəmir örtüklü seyf hazırlayıb onlara təqdim edər. Lakin polis əməkdaşı onunla razılaşmadı və protokol tərtib etdi. O, öz etirazını bildirib, protokola imza etmədi. Sonradan ona 04 dekabr 2023-cu il tarixli protokol əsasında AR İXM-nin 590.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edib 50 manat məbləğində cərimə olunmağı barədə cərimə cəzası tətbiq etdi. O, Quba Rayon Polis Şöbəsinin qeyd olunan qərarı ilə razılaşmır, qərar qanunsuz və ədalətsiz olmaqla maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Qeyd etmək istəyir ki, ona ov silahını xüsusi dəmir seyf və ya dəmir dolabda saxlamağı barədə izah etməyiblər və onun silahı saxladığı dəmir örtüklü sandığ standartlara cavab verməməsi onun inzibati məsuliyyətə cəlb edilməyinə əsas ola bilməz və o heç bir inzibati xəta törətməmişdi. Lakin Quba rayon Polis Şöbəsi heç bir əsas olmadan inzibati suliyyətə cəlb edərək barəsində cərimə cəzası tətbiq etmişdir. O, 30 dekabr 2023-cü il tarixində protokol və hüquqmüəyyənedici sənədləri poçt vasitəsilə Quba Rayon Məhkəməsinə göndərmiş, sənədlər məhkəməyə daxil olmuş lakin sonradan səbəbdənsə yoxa çıxmşdır, bu gün yəni xx.xx.2024-cü il tarixdə atasının ünvanına göndərilən Quba rayon Qırmızı qəsəbə poçtundan geri götürmüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X7 şikayəti müdafiə edərək, şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, barəsində tərtib edilmiş protokol əsassızdır, silahı dəmir örtüklü sandıqda saxlamış, polis sahə rəisi qərəzli olaraq protokol tərtib edib, silahın hansı şəraitdə saxlanılmasını sahə rəisi tərəfindən yerində müayinə edilməmişdir. Həmin silahı sahə rəisinin göstərişi ilə sahə rəisinin otağına aparıb göstərmişdir. Şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən Quba RPŞ-nin X2 polis sahə rəisi X8 şikayəti qəbul etməyərək şikayəti əsassız hesab edərək göstərmişdir ki, qanunla silah xüsusi şəraitdə etibarlı seyfdə saxlanılmalıdır. Dəyanət Vəliyev isə əvvəl də eyni pozuntu etmişdir. Ov silahın saxlama şəhadətnməsinin müddəti keçmiş, şəhadətnaməni yeniləməmişdir. Həmçinin şikayəti vermə müddətini də ötürmüşdür. Şikayəti əsassız hesab edir, rədd olunmasını xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 rayonu, Qələdüz kəndində özünə məxsus olan “Toz- 34” markalı 2814 nömrəli, 28 kalibrli mülki ov silahını xüsusi seyf və ya dəmir dolabda saxlamamaqla və 2012-ci ildə verilmiş, , Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibaiti xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Quba Rayon Polis X3 Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EPO ******* №li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 50 manat məbləğinə cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Quba Rayon Polis Şöbəsinin X2 polis sahə rəisi X8 tərəfindən X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə protokol tərtib edilmiş, həmin protokola əsasən EPO ******* saylı, xx.xx.2023-cü il tarixli qərarla X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinib, 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ tərəfindən X6 xx.xx.2012-ci il tarixli, 12393 №-li ov silahının saxıanılması və təyinatı üzrə istifadə edilməsi barədə şəhadətnamə verilmişdir. Sözügedən şəhadətnamədə isə həmin şəhadətnamənin etibarliliq müddəti göstərilməmişdir. Quba RPŞ-nin X2 polis sahə rəisi X8 tərəfindən X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə protokol tərtib edilərkən, yararlılıq müddəti bitmiş icazə şəhadətnaməsini yeniləməməklə ov silahının saxlanması qaydalarını pozulmasına qiymət verərək, Azərbaycan Respublikası İXM-nin 590.1-ci inzibati məsuliyyətə cəlb etmişdir. Halbuki Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsində göstəriliri ki, Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə məsuliyyət nəızərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, X4 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla lazımi qaydada araşdırma aparılmadan cərimə edilməsi bu Qanunun ədalətlik prinsipi ilə uzlaşmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Quba Rayon Polis X3 Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, EPO ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Quba Rayon Polis X3 Bölməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Quba Rayon Polis X3 Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EPO ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Quba Rayon Polis X3 Bölməsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar