Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-249/2024 07.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Mən Quba rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, Barələrində tərtib edilən inzibati xəta haqqında protokollardan X2 və X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 və X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, istifadələrində olan Opel-Kombo markalı, ** XB *** dövlət nömrə nişanlı avtomaşına əsasslz protokollar əsasında hesablanmış 602 (altı yüz iki) manat cərimənin hesablarından silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İnzibati xəta haqqında əlavə olunmuş materialları araşdırıb hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, X2 və X3 şikayətində protokolun ləğv edilməsi tələbini mübahisələndirmişdir. Lakin, qanunvericilikdə protokoldan şikayət nəzərdə tutulmamışdır. X2 və X3 protokollar əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verməli idi. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-6.2-ci maddəsinə əsasən Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə elektron qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə elektron qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Məhkəmə belə hesab edir ki, barələrində tərtib edilmiş inzibati xəta haqqında protokollardan X2 və X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barələrində tərtib edilmiş inzibati xəta haqqında protokollardan X2 və X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-249/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-249/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver