Məhkəmə qərarları › İş №3(027)-2491/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2491/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2491/2023 30.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin:xxxxxxx, subay, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən “480” çay evinin qarşısında Zərərçəkmiş şəxs müxtəlif nahiyyələrinə vuraraq ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatında bildirmişdir ki, Quba rayonu, Gədikqışlaq kəndində yaşayan Zərərçəkmiş şəxs ərizəsi əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs, 17 avqust 2023-cü il tarixdə təxminən saat 23 radələrində Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən «480» klub çay evinin qarşısında sərxoş vəziyyətdə aralarında şəxsi münasibətlər zəminində yavranmış mübahisə zamanı Zərərçəkmiş şəxs müxtəlif nahiyyələrinə vuraraq ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, o, həmin şəxsi tanımır, aralarında heç bir qərəzlik münasibətlər olmamışdır. 17 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən «480» klub çay evinə gedib spirtli içki pivə işmişdir. 1 saat sonra hesabı ödəyib çölə çıxdıqda Zərərçəkmiş şəxsla içkili olduğuna görə səbəbini xatırlamadığı mübahisə baş vermişdir. Həmin şəxsi vurduğunu da xatırlamır. Mübahisə zamanı yanında kim olduğunu bilmir. Hazırda zərərçəkmişlə barışdığını və barəsində tərtib olunmuş inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 17 avqust 2023-cü il tarixdə, saat 21 radələrində yaşadığı Quba rayonu Timiryazev qəsəbəsində yerləşən «480» çay evində tanışı ilə əyləşmiş və saat 23 radələrində kafenin pilləkənində sonradan adının Nurlan kimi bildiyi şəxs çiyni ilə onun çiyninə toxunmuşdur. Həmin şəxs içkili olduğuna görə mübahisə etmiş və müxtəlif nahiyyələrinə vuraraq ona bədən xəsartləri yetirmişdir. Mübahisə zamanı ətrafda tanıdığı şəxslər olmamışdır. Aralarında mübahisə təxminən 5-10 dəqiqə davam etmiş və döyülməsi barədə Quba RPŞ-nə müraciət etmişdir. Ərizə təqdim edərək barışdığını və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 596 nömrəli, 17 avqust 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəliinib ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər - sol kürəküstü sahət və sol bazunun yuxarı 1/3-nin arxa səthində sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 17 avqust 2023-cü il tarixə uyğun gəlir qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəci təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 sentyabr 2023cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar