Məhkəmə qərarları › İş №3(027)-2494/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-2494/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-2494/2023 30.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ İşHakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X6, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, subay, fərdi qaydada işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Quba rayonu, Alpan kəndində aralarında yaranmış mübahisə zamanı X2 dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən X8 izahatında bildirmişdir ki, Şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmləndlisi X3 vuraraq ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilməsi barədə qərar qəbul edilmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, 26 avqust 2023-cü il tarixdə, saat 20 radələrində o, həyat yoldaşı Şəfa Xəlilova ilə birlikdə Alpan kəndində yaşayan qohumu Aytəngilə ad gününə getmişlər. Qaynanası Nəziyyə ilə danışdıqda Fərqanə həyətə çıxıb həyətdə odunu götürüb üstünə atmışdır. O, da özünü müdafiə etməq üçün Fərqanəni itələmişdir. Aralarında mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Ərizə təqdim edərək zərərçəkmişlə barışdığını qeyd etmiş və inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 göstərmişdir ki, 26 avqust 2023-cü il tarixdə, saat 23 radələrində bibisinin kürəkəni Yüksan içkili vəziyyətdə onu nalayiq söyüşlərlə təhqir etmiş, sinəsindin tutaraq yerə yıxmış və sinəsinə yumruqla vurmuşdur. Daha sonra onu həyətdə yığdığı odunların üstünə itələmişdir. O, zəng edərək DİN “102” xidmətinə məlumat vermişdir. Həmin vaxt evdə olan bibisi oğlu Rafayil həmin hadisənin şahidi olub. Mübahisə təxminən 30 dəqiqə davam etmişdir. Hazırda barışmışlar və ərizə təqdim edərək barışdıqları üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 619 nömrəli, 26 avqust 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi, 1991-ci il təvəllüdlü X1 məhkəmə-tibbi ekspertizası və rentgenoloji müayinənin cavabı əsasında belə nəticəyə gəlinib ki, onun bədəni üzərində olan xəsarətlər- sinəsində ortada yuxarıda qançır, hər iki biləkdə sıyrıqlar küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta 26 avqust 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər nöyünə aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 sentyabr 2023cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar